Kaxa Kukava: "Azərbaycan sübut etdi ki, problemin "cərrahi yolla həlli" mümkündür

Kaxa Kukava: "Azərbaycan sübut etdi ki, problemin "cərrahi yolla həlli" mümkündürErməni ekspert, beynəlxalq münasibətlər üzrə mütəxəssis Qriqor Balasanyan BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün uğursuz bitən iclasından sonra deyib ki, "erməni çayları" Azərbaycana doğru axır, ermənilərin isə "müqəddəs olmaqdan əl çəkib, onları geri çevirmələrinin" vaxtı çatıb. Texniki olaraq bunun nə dərəcədə mümkün ola biləcəyi böyük sual doğurur, lakin bu, regionda ekoloji terror çağırışlarına bənzəyir.

Bununla belə, Azərbaycanın ombudsmanının son bəyanatında qeyd edildiyi kimi, 30 ildir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlayan Ermənistan sülh və insanlığa qarşı cinayətlər, həmçinin, hərbi cinayətlər törətməklə yanaşı, regionun ekologiyasına ciddi ziyan vurub və bu əməlini hələ də davam etdirir.

Ermənistanın regionun ekologiyası üçün yaratdığı təhlükə barədə Oxu.Az-a "Azad Gürcüstan" partiyasının lideri, gürcü siyasətçi Kaxa Kukava şərh verib.

- Ermənistanın BMT-də diplomatik cəbhədə uğursuzluğa düçar olmasından sonra bu ölkədə Azərbaycanı sudan məhrum etmək üçün "erməni çayları"nı "geri döndərmək"lə bağlı çağırışlar səslənməyə başladı. Bu barədə, məsələn, erməni ekspert Qriqor Balasanyan bəyanat verdi...

- Təbii ki, mən bunun konkret bir insanın şəxsi fikri olduğuna əminəm. Hər yerdə qeyri-real, fantastik hərəkətlərə səsləyən "qaynar başlar" kifayət qədərdir. Lakin bu cür bəyanatlar qonşu dövlətlərdə çox pis qarşılanır. Erməni ekspertin sözləri son dərəcə qeyri-ciddidir. Baxmayaraq ki, bəziləri üçün bu sözlər vətənpərvər və ruhlandırıcı təsir bağışlayır, amma bu, Ermənistanın özünə qarşı yönəlir.

Analitiklər axı siyasətçi deyillər, onlar seçkilərdə səs qazanmaq üçün işləmirlər. Onlar ortaq məxrəc axtarmalı, Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli variantları üzərində düşünməli və bu variantları təklif etməlidirlər. Ermənistan üçün isə bu, sadəcə olaraq, həyati məsələdir. Yeri gəlmişkən, Azərbaycan və Ermənistan arasında sülh sazişi iqtisadi baxımdan Gürcüstan üçün də önəmlidir.

Qeyd etmək istərdim ki, Ermənistanın indiki rəhbərliyi əvvəlkindən, xüsusən də eks-prezident Serj Sarqsyandan fərqli olaraq, konstruktiv yanaşmaya daha çox köklənib. Sarqsyanın dövründə İrəvanın mövqeyi necə idi - xatırlayın, ola bilərdimi ki, onun dövründə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı ifadələr səslənsin? Amma Ermənistanın baş naziri Nikol Paşinyan bu ifadələri bir neçə dəfə dilinə gətirib. İndiki erməni müxalifəti isə dağıdıcı yöndə köklənib. Əminəm ki, adını çəkdiyiniz həmin Qriqor Balasanyan vəziyyətə radikal mövqedən baxır və vəziyyəti qeyri-adekvat qiymətləndirir.

Nikol Paşinyana gəldikdə, elektoratın hazırkı əhvali-ruhiyyəsini həmişə nəzərə almaq lazım deyil, üstəlik, seçicilərin emosiyaları tez-tez dəyişir. O, diqqətini uzunmüddətli perspektivə cəmləməli, hadisələrə daha geniş prizmadan baxmalıdır. Düşünürəm ki, Paşinyan bir çox cəhətdən bunu başa düşür, necə ki, Ermənistanda Azərbaycanla kompromislərə, sülhə qarşı çıxanların həmişə çox olacağını bilir. Amma Bakı ilə İrəvan arasında sülh sazişi, Cənubi Qafqaz regionunda sülh olmasa, Ermənistanın firavan yaşamaq şansı yoxdur.
Nikol Paşinyanın Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak üçün Türkiyəyə səfərinə baxın. Bu, tarixi hadisə idi, lakin eyni zamanda, erməni cəmiyyətinin bir hissəsi üçün gözlənilməyən bir qərar idi. Liderlər bəzən belə addımlar atmaq məcburiyyətindədirlər. Bütün ölkələrdə sağlam düşüncəli siyasətçilər başa düşməlidirlər ki, bütün Cənubi Qafqazın sivil dünyanın bir parçası kimi inkişafı üçün Azərbaycan-Ermənistan münasibətlərinin tam şəkildə tənzimlənməsi, ticarət və nəqliyyat kommunikasiyalarının və ya dəhlizlərinin açılması zəruridir.

- Amma bir çox beynəlxalq analitiklər Nikol Paşinyanı qərarsız insan hesab edirlər. O, bir addım irəli atır, sonra geri çəkilir, yaxud da sağa-sola gedir. Heç nəyi məntiqi nəticə əldə edilənə qədər davam etdirmir. Deyir ki, Qarabağ Azərbaycandır, amma kağız üzərində bu yoxdur. Ermənistanın Müstəqillik Bəyannaməsində hələ də Azərbaycana qarşı ərazi iddiası var. Düzdür, Paşinyan dəfələrlə deyib ki, bunu düzəltmək lazımdır, lakin yenə də bunlar hamısı, sadəcə, sözdə qalır. Başqa bir misal, İrəvan Qarabağın erməni əhalisinə Laçın yolu ilə humanitar yardım daşıyan yük maşınlarını göndərdi və hətta bunu Bakı ilə razılaşdırmağa belə, cəhd etmədi, həmçinin, Azərbaycanın lazımi malları çatdıra biləcəyi Ağdam-Xankəndi yolunu da görməzdən gəldi. Xarici dövlət hakimiyyət orqanlarına belə xəbər vermədən Azərbaycan ərazisinə necə nəyisə keçirməyə cəhd edə bilər?

- Nikol Paşinyan Ermənistanın baş naziri və lideridir. Amma mənə elə gəlir ki, o, bütün strukturlara tam nəzarət etmir. Və məhz hakimiyyətdə olan bu cür radikalların "oksigeni kəsilməlidir". Ola bilsin ki, Azərbaycan hansısa yolla buna öz töhfəsini verəcək. Münaqişə 30 ildən çox davam etdi, amma bu məsələləri birdəfəlik həll etmək lazımdır.

Yeri gəlmişkən, mən həmişə gürcü auditoriyasına Azərbaycanın yeritdiyi "strateji səbir" siyasətini nümunə göstərirəm. Azərbaycan rəhbərliyi iyirmi ilə yaxın bir müddət ərzində ərazilərin azad edilməsi ilə bağlı əməliyyat hazırlayırdı. Məsələyə diplomatiya cəlb edildi, ordu yenidən silahlandırıldı, təlimlər keçildi və s. Azərbaycan çox uzun müddət qələbəyə doğru irəlilədi və onu qazandı.

Hazırda məsələnin tam şəkildə nizamlanması prosesi düzgün istiqamətdə gedir. Bəli, Ermənistanın reaksiyası ləngdir, amma bunun da izahı var. Keçid dövrü tez və asan olmur. Əsas odur ki, Azərbaycan bütün dünyada olmasa da, mütləq şəkildə postsovet məkanında presedent yaratdı. Axı 1990-cı illərdə dondurulmuş münaqişə öz həllini tapdı. Və əvvəllər çoxları bunun mümkün olmadığını iddia edirdilər. Azərbaycan sübut etdi ki, problemin "cərrahi yolla həlli"ni axtarmaq mümkündür və lazımdır.

Ermənistanın Azərbaycan hökuməti ilə razılaşdırmadan Qarabağa göndərdiyi yük maşınlarına gəldikdə isə başa düşmək lazımdır ki, Ermənistanda və təkcə orada da deyil, Bakı ilə İrəvan arasında sülh prosesini pozmaq istəyən çox sayda qüvvələr var. Təbii ki, buna Ermənistan tərəfi məsuliyyət daşıyır. Qarşılıqlı hörmət nizamlama prosesində ən vacib məqamdır. Qarşı tərəfə hörmətsizlik nümayiş etdirirsənsə, o zaman özünə qarşı da hörmət gözləmə. Bu, sülh prosesini pozmaq istəyənlər üçün yaxşı arqumentdir. Biz hamımız anlamalıyıq ki, bir çoxları, geniş mənada bizim regionu əhatə edənlər Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyillər.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1071   Tarix: 26 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr