Prezident İlham Əliyev ermənilərin Laçında törətdikləri hərbi cinayətlərdən danışıb
"İndi biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabrında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər, demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhəri günü ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı deyib.
Ermənistan dövlətinin hərbi cinayət törədərək vaxtilə Laçında qanunsuz məskunlaşma apardığını xatırladan dövlətimizin başçısı bildirib:
"Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdilər. Bir daha demək istəyirəm ki, bu hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriləcək
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
Sınaq sürüşü zamanı 15 milyonluq lüks avtomobillə vurub qaçdı - VİDEO
"BakıKart"ın qiyməti ARTDI
Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?
Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
Emin Əmrullayev: Artıq bütün müəllimlər sertifikasiyadan keçib
Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar
"Milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər şagirdlərin yaş psixologiyasına zidd mexanizmlərlə doldurulub" - AÇIQLAMA
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
İyulun ilk gününün hava proqnozu
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - "Kababı sevir, yallı gedir" (VİDEO)
Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri son oxunuşda qəbul edib