XİN-in idarə rəisi QHGT-nin mənzil-qərargahında diplomatik xidmətə qəbul mövzusunda çıxış edib
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Kadrlar idarəsinin rəisi Raman Məmmədov Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında diplomatik xidmətə qəbul mövzusunda çıxış edib.
Bu barədə Qoşulmama Hərəkatı Gənclər Təşkilatından (QHGT) məlumat verilib.
Bildirilir ki, 2023-cü il avqustun 26-da Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov QHGT-nin mənzil-qərargahında XİN-ə işə qəbul üzrə müsabiqə ilə bağlı informativ sessiya ilə çıxış edib.
50-dən çox gəncin iştirakı ilə baş tutan sessiya QHGT-nin sədri Orduxan Qəhrəmanzadənin açılış nitqi ilə başlayıb.
O.Qəhrəmanzadə iştirakçıları salamlayaraq tədbirə göstərdikləri maraq üçün onlara təşəkkürünü bildirib. Öz nitqində o, QHGT-nin hazırki fəaliyyəti və irəli sürdüyü son təşəbbüslərdən bəhs edib.
Daha sonra, Raman Məmmədov diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydaları ilə bağlı gəncləri məlumatlandıraraq diplomatik vəzifələrin icrası üçün tələb olunan işgüzar və peşəkar keyfiyyətləri sadalayıb. Ardınca, attaşe diplomatik vəzifəsinin qulluq funksiyalarından bəhs edən R.Məmmədov diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərinə toxunub.
Tədbir müddətində, diplomatik xidmətə yeni qəbul olan gənc diplomatlar Edson Əsgərov, Güntac Mirzəyev, Nigar Eyvazzadə və Sənan Əliyev qəbul imtahanında müvəffəqiyyət qazanmaq üçün öz məsləhətlərini bölüşüblər.
Gənclər müsabiqəyə qeydiyyat prosedurunun ardıcıllığı ilə tanış olaraq müsabiqənin mərhələləri və hər bir mərhələ üçün tələb olunan müvafiq sənədlər barədə də ətraflı məlumat alıblar.
Tədbir sual-cavab sessiyası ilə davam edib. Sessiyada iştirakçılar R.Məmmədova xidməti fəaliyyətlə əlaqədar çoxsaylı suallarını ünvanlayıblar. Tədbirin sonunda, xatirə fotosu çəkilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə yaradılan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Hərəkatın institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2022-ci ilin iyul ayında Şuşa Akkordları sənədi ilə Şəbəkədən Təşkilata çevrilmiş QHGT-nin əsas missiyası cəmiyyətin aktiv üzvləri olan gənclərin müasir, milli və dünyəvi problemlərin həllində həmrəy fəaliyyətinə təkan verməkdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriləcək
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
Sınaq sürüşü zamanı 15 milyonluq lüks avtomobillə vurub qaçdı - VİDEO
"BakıKart"ın qiyməti ARTDI
Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?
Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
Emin Əmrullayev: Artıq bütün müəllimlər sertifikasiyadan keçib
Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar
"Milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər şagirdlərin yaş psixologiyasına zidd mexanizmlərlə doldurulub" - AÇIQLAMA
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
İyulun ilk gününün hava proqnozu
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - "Kababı sevir, yallı gedir" (VİDEO)
Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri son oxunuşda qəbul edib