ATF prezidenti: "Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi planlaşdırırıq"
"Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi planlaşdırırıq".
"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda bu məsələ müzakirə olunur:
"İştirakçılar da öz fikirlərini bildirəcəklər. İdmançıları dinləyəcəyik ki, hansısa nöqsan varsa, aradan qaldıraq. Əminəm ki, gələn il ölkə çempionatı daha yüksək səviyyədə keçiriləcək və bundan da çox idmançı iştirak edəcək".
Qurum rəhbəri hazırda davam edən ölkə çempionatı ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, əsas məqsəd triatlonu Azərbaycanda tanıtmaqdır:
"Çox sevindirici haldır ki, Azərbaycanın gənclər paytaxtı Mingəçevirdə ölkə çempionatı keçirilir. Triatlon üzmək, velosiped sürmək və qaçmaqdan ibarətdir. Buna baxmayaraq, bugünkü yarışda 100 iştirakçı var. Onun 41 nəfəri yeniyetmədir. Federasiya olaraq qarşımıza qoyulan hədəflərdən biri triatlonu ölkədə tanıtmaq, idmançıların sayını artırmaqdır. Ən vacibi yerli idmançıları yetişdirməkdir".
Federasiya prezidenti bölgələrdə triatlonun inkişafı üçün əllərindən gələni etdiklərini vurğulayıb:
"Mən federasiya prezidenti vəzifəsinə gələndə idmançılarımızın sayı çox az idi. Qarşımıza qoyulan hədəflərə uyğun olaraq regionlardan uşaqlar cəlb edirik. Bir ay ərzində Sumqayıtdan 4 idmançı cəlb olundu. Cənab Prezident İlham Əliyev tərəfindən regionlardakı Olimpiya İdman Komplekslərində yüksək səviyyədə şərait yaradılıb. Məşqçilərlə birlikdə komplekslərdə düzgün sistem qurmaq istəyirik ki, uşaqların bu idman növünə marağı olsun".
Fərid Fərhadzadə əlavə edib ki, Azərbaycan triatlonçusu Rastislav Pevtsova böyük ümidlər var:
"Hazırda bir legionerimiz var, Rastislav Pevtsov. Onun Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacağına inanırıq".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 706 Tarix: 03 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı
Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall
19 sentyabrNaxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd
16 sentyabrİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabrAzərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər
Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar. Bu barədə -a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadı
22 sentyabr"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib
"Naxçıvan" klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat ixmdətindən məlumat verilib. 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib
17 sentyabrŞahruddin milliyə çağırılmadı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind
18 sentyabrNəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli
18 sentyabrElvin uzun müddət sonra belə görüntüləndi - Video
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki
19 sentyabr