Adrian Mutu çox vaxt eyni pencək geyinməsinin səbəbini açıqlayıb
"Bizim üçün vacib olan üç xalı qazandıq".
Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis V turda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada meydançanın vəziyyətindən danışıb. A.Mutu üç xalın önəmli olduğunu bildirib:
"Çox vacib oyun idi. Meydança amili çətinliklər yaradırdı. Ona görə oyunumuz çətin alınırdı. İstənilən halda üç xal qazandığımıza görə şadam".
- Beş turdan sonra komandanızdan razısınız?
- Bəli. Doğrudur, "Kəpəz"lə matçda komandamdan daha çoxunu gözləyirdim. Amma ümumi götürsək, çətin perioddan keçmişik. Fasilədə də öz üzərimizdə yaxşı çalışacağıq ki, daha sonra yaxşı çıxış edək.
- Yeni transfer olacaq?
- Bəli, yaxın günlərdə yeni transferi görəcəksiniz. Bundan sonra transferlərimiz bitəcək. Daha yaxşı, daha güclü heyət qurmaq istəyirik. Komandaya gəldikdən bəri əlimdə olan heyətdəki futbolçuların çıxışından razıyam. Hamısını qələbə münasibəti ilə təbrik edirəm. Bu cür meydanda oynamaq elə də asan deyil. Ancaq üç xalla evə gedə bilirik. Bəzən çətinliklər olur, amma sonda qazanılan qələbə insanı sevindirir.
- "Sumqayıt"ın baş məşqçisi ilə aranızda gərginlik yaşandı...
- Heç nə baş verməyib.
- Bütün oyunlara yalnız eyni pencəkdə çıxırsınız. Bunun sizin üçün xüsusi önəmi var?
- Mənə uğur gətirən pencəkdir. Ona görə də, məni çox vaxt bu pencəkdə görə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 737 Tarix: 03 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qarabağ"ın daha 2 rəqibi bəlli oldu
Növbəti mövsüm Avropa Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ"ın daha iki potensial rəqibi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, bunlar Serbiyanın "Voyvodina" və Rumıniyanın "Universitatya Kluj" klublarıdır. Bundan əvvəl də Ağdam klubunun 3 rəqibi bəlli olmuşdu
20 may"Qarabağ" onun gəlişini maraqlı kadrlarla açıqladı - Video
"Qarabağ" növbəti transferini gerçəkləşdirib. "Qafqazinfo" kluba istinadən xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. O, klubda 7 nömrəli formanı geyinəcək. Jalinin so
18 mayArda Güler və Kenan Yıldız eyni komandada ola bilər
Real Madrid gənc istedadlara yönəlmiş transfer strategiyasını davam etdirir. İspaniya nəhənginin Juventusda çıxış edən Kenan Yıldızı heyətinə qatmaq istədiyi iddia olunur. türk mediasına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu bu mövsüm göstərdiyi performansla diqqət çəkib. O, 46 rəsmi matçda 1
13 mayDÇ-2026: Fasilədə Madonna, Şakira və BTS oxuyacaq
Məşhur müğənnilər Madonna və Şakira, eləcə də Cənubi Koreyanın BTS qrupu 2026-cı il futbol üzrə dünya çempionatının final oyununun fasiləsində səhnə alacaqlar. Qaynarinfo xəbər verir ki, bu barədə məlumat turnirin rəsmi "X" hesabında yayımlanıb. Qeyd olunur ki, fasilə şousu FIFA-nın Qloba
14 may"Sevinən tərəf olmaq istəyirik"
"Üçüncü dəfədir ki, kubokun finalına çıxırıq. Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq". xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində bildirib. O qey
8 mayNəriman Axundzadənin ABŞ-dakı maaşı açıqlandı
Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadənin ABŞ-dakı maaşı açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb. "Kolambus Kryu" klubundakı çıxış edən 22 yaşlı futbolçunun illik maaşı 550 00 ABŞ dolları (vergilərsiz 93
13 mayMikels "Bakılı balasıyam" oynayanda...
"Sabah" layiq olduğu çempionluq kubokuna qovuşdu. Valdas Dambrauskasın çalışdırdığı komanda sözün bütün mənalarında əla mövsüm keçirdi. "Qarabağ"ın yolunun Çempionlar Liqasında gözləniləndən daha çox uzanması, "köhlən atlar"ın bu çətin marafonda xeyli güc itirməsi də "Sabah"ı
19 may