"Hakimə dedim ki, oyunu kişi kimi idarə et" - "Qəbələ"nin məşqçisi

"Hakimə dedim ki, oyunu kişi kimi idarə et" - "Qəbələ"nin məşqçisi"Qəbələ" Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib.

Sonxeber.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi Xaqani Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox çətin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq. "Turan Tovuz" yaxşı oyunlar keçirib, üst pillələrdədir. Bilirdik ki, necə rəqibə qarşı oynayacağıq. Komandanı görüşə yaxşı kökləmişdik. İlk hissə o qədər də yaxşı oynamadıq. İkinci hissədə özümüzdə güc tapıb hesabı 0:2-dən 2:2-yə gətirdik. Süni meydanda oynamaq çətin idi. Düşünürəm ki, komanda əlindən gələni etdi. Belə bir oyunda heç-heçə pis nəticə deyil.

- Elmar Baxşıyevdən sonra siz də qırmızı vərəqə gördünüz. Nələr baş verir?

- Futbol emosiyalar oyunudur. İnsan özündən çıxa bilər. Hakimlər bir az səbrli olmalıdır. Biz iradımızı bildiririk. Etiraz edən kimi ikinci sarı vərəqəni verirlər. İstərdim ki, bu məsələdə hakimlər bir az diqqətli olsunlar.

- Hakimi söydüyünüz iddia olunur...

- Söyüş olmayıb. Yalan danışmaram heç vaxt. Etiraz etdim. Dedim ki, oyunu kişi kimi idarə et. Omarın epizodunda təmiz cərimə var idi, vermədi. Ona bildirdim ki, cərimə zərbəsi təyin etməliydin.

- Matçın saat 16:30-da keçirilməsinin oyununuza təsiri oldu?

- Rəqib üçün də, bizim üçün də eynidir. Bunun elə bir təsiri olmadı.

"Qafqazinfo"


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1050   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Misli Premyer Liqası: "Qəbələ" "Qarabağ"a, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

Misli Premyer Liqasında XXI turun oyunları davam edir. Qahnarinfo xəbər verir ki, bu gün iki oyun keçiriləcək. Günün ilk matçında "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüşün start fiti 17:00-da səslənəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq

9 may
.

"Sabah" 10 oyundur "Neftçi"yə uduzmur

Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Sabah" 32-ci turda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Neftçi"ni qəbul edəcək. "Qafqazinfo" xəbər verir ki, mayın 17-də bu komandaların ifasında yubiley paytaxt derbisi reallaşacaq. Çünki "Sabah"la "Neftçi"

15 may
.

"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri məlum oldu - SİYAHI

"Qarabağ"ın Avropa Liqasında qarşılaşa biləcəyi potensial rəqiblərin bir qismi artıq müəyyənləşib. xəbər verir ki, təmsilçimiz püşkatma mərasiminə üstün mövqedən qatılaraq səpələnmişlər səbətində yer alacaq. Məhz bu amil komandamıza ilk mərhələdə reytinq xallarına görə nisbətən daha zəif rəqiblərl

19 may
.

Nərimanın komandası uduzdu

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi "Kolumbus Kryu" MLS-də növbəti oyuna çıxıb. "Qafqazinfo" xəbər verir ki, onlar 13-cü turda səfərdə "Nyu York Red Bullz"la qarşılaşıb. 5 qolun vurulduğu matç rəqibin qələbəsi ilə başa çatıb - 3:2. "Kolumbu

14 may
.

"Qarabağ" onun gəlişini maraqlı kadrlarla açıqladı - Video

"Qarabağ" növbəti transferini gerçəkləşdirib. "Qafqazinfo" kluba istinadən xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. O, klubda 7 nömrəli formanı geyinəcək. Jalinin so

18 may
.

Arbeloa Valverde və Tçuameni arasındakı davaya aydınlıq gətirdi

"Real Madrid" klubunun baş məşqçisi Alvaro Arbeloa komandanın yarımmüdafiəçiləri Federiko Valverde və Orelen Tçuameni arasında baş vermiş əlbəyaxa dava ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirib. "AS" nəşrinə istinadən xəbər verir ki, Arbeloa "Real Madrid" klub

9 may
.

Roland Hofer: "Bakı-Xankəndi velosiped yarışında komandalar 4 qitəni əhatə edir"

Bakı-Xankəndi velosiped yarışında komandalar 4 qitəni əhatə edir. "Report"un məlumatına görə, bunu Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının texniki direktoru Roland Hofer mətbuat konfransında bildirib. O, yarışa son hazırlıqları dəyərləndirib:. "Çox xoşbəxtəm ki, yenidən qayıtmışı

9 may
.

Mikels "Bakılı balasıyam" oynayanda...

"Sabah" layiq olduğu çempionluq kubokuna qovuşdu. Valdas Dambrauskasın çalışdırdığı komanda sözün bütün mənalarında əla mövsüm keçirdi. "Qarabağ"ın yolunun Çempionlar Liqasında gözləniləndən daha çox uzanması, "köhlən atlar"ın bu çətin marafonda xeyli güc itirməsi də "Sabah"ı

19 may
.

"Qarabağ" ikincilik yolunda vacib qələbə qazandı - Video-Yenilənib

Misli Premyer Liqasında 30-cu tur davam edir. "Qafqazinfo" xəbər verir ki, 3-cü oyun gününə 1 matç nəzərdə tutulub. Bu gün saat 19:30-da "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Turan Tovuz"u qəbul edəcək. Hazırda turnir cədvəlində Ağdam təmsilçisi 59 xall

4 may