Təyyarəni qəzaya uğratmağa çalışan pilotdan dəhşətli açıqlama: "Narkotik qəbul etdim"
ABŞ-da məzuniyyətdə olan pilot Cozef D.Emerson ötən gün Alyaska Hava Yollarının 2059 saylı reysi zamanı təyyarəni qəzaya uğratmağa cəhddə şübhəli bilinərək həbs edilib.
BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, o, 83 dəfə "qəsdən adam öldürməyə cəhd"də ittiham olunub. "İnsider"in məhkəmə sənədlərinə istinadən verdiyi məlumata görə, 80 sərnişini olan təyyarənin ekipaj üzvü Emersonun hava ilə bağlı təsadüfi söhbətdən dərhal sonra təyyarəni vurmağa cəhd etdiyini deyib.
Sənədlərə görə, Emerson "yaxşı deyiləm" deyərək əlini uzadıb yanğınsöndürmə sistemini işə salmağa çalışıb. Eyni zamanda pilotlardan biri Emersonun biləyindən yapışıb, digər pilot isə fövqəladə vəziyyət elan edib.
Pilot həmin anları "Emerson əvvəlcə müqavimət göstərsə də, 25-30 saniyəlik fiziki müdaxilədən sonra tez sakitləşdi" deyərək təsvir edib. Emerson stüardessaya "Məni indi qandallamalısan, əks halda daha da pisləşəcəm" və "Hər şeyi məhv etdim, hamını öldürməyə çalışdım" dediyi qeyd edilib.
Zabitlər Emersonun biləklərini bağlayaraq onu təyyarənin arxasına yerləşdiriblər. Pilot Cozef D. Emerson narkotik qəbul etdiyini və "inanılmaz dərəcədə yuxulu olduğunu" söyləyib. Emerson yuxu gördüyünü iddia edərkən, "Oyanmaq istədiyim üçün təcili yardım qolunu çəkdim" iddiasını səsləndirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda dörd qanun ləğv ediləcək
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Bakının bu rayonunda su olmayacaq