Azərbaycan və Qazaxıstan generalları əməkdaşlıq məsələlərini müzakirə ediblər
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən Milli Müdafiə Universitetində "Hərbi təhsil və elm sahələrində əməkdaşlıq məsələləri üzrə işçi görüşü" keçirilib.
Bu barədəSonxeber.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov ilə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qazaxıstan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin tarixi, strukturu və təhsil səviyyəsinin təşkili haqqında brifinq təqdim olunub.
Daha sonra qonaqlar Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Hərbi İdarəetmə İnstitunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev mərkəzin fəaliyyəti barədə qonaqlara məlumat verib.
Sonda birgə xatirə fotosu çəkdirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda dörd qanun ləğv ediləcək
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Bakının bu rayonunda su olmayacaq