Qızıl Aypara Cəmiyyətinin həbsdə olan bölmə sədri ilə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ülviyyə Balayevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Sonxeber.az pravda.az-a istinadən xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Xəzər Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə onun zərərçəkmişlərdən birinin 5 000 manat pulunu ələ keçirməklə dələduzluq etməsi faktında cinayət hadisəsi olmadığından həmin epizodda cinayət təqibinə xitam verilib. Digər zərərçəkmiş şəxsin hazırkı işdə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2022-ci ilin yayında yaydığı məlumata əsasən, Şirvan şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əməliyyat tədbiri nəticəsində şəhər sakini Ü.Balayeva saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, ona yüksəkmaaşlı işlə təmin edəcəyi barədə vədlər verərək, onun 10 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
İttihama görə, qadın 11 vətəndaşa qarşı 43 min manatdan çox dələduzluq edib.
Xatırladaq ki, Ü.Balayeva Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda dörd qanun ləğv ediləcək
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Bakının bu rayonunda su olmayacaq