"Vaxtıilə Qarabağa və Xankəndinə qanunsuz səfər edən Fransa dövlət nümayəndələrinin adı "qara siyahı"ya salınsın" - Deputat

"Vaxtıilə Qarabağa və Xankəndinə qanunsuz səfər edən Fransa dövlət nümayəndələrinin adı "qara siyahı"ya salınsın" - DeputatXəbər verdiyimiz kimi Fransa və Ermənistan müdafiə nazirləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Fransa və Ermənistan arasındakı imzalanan hərbi əməkdaşlığın məqsədi regionda vəziyyəti gərginləşdirməyə və sülh müqaviləsinin imzalanmasına maneə olmaqdır:

"Ermə­nistanın müdafiə naziri Suren Pa­pikyanın Fransaya səfəri gözlənilən idi. 30 il ərzində işğala göz yuman və soydaşlarımıza qarşı törədilən soyqırımlara, vəhşiliklərə qarşı səssiz qalan Fransan bu gün ermənilərin müdafiəçisinə çevrilib. 44 günlük Vətən müharibəsinə qədər işğalçıya gizlin dəstək olan Fransa bu gün açıq-aşkar Ermənistanın yanında olduğunu bəyan edir. 30 il ərzində Ermənistan kimi Fransa da mövcud status-kvonun qorunub saxlanılması üçün çalışıb. Hələ də Fransa Azərbaycanın Qarabağ problemini öz gücünə həll edərək, ərazi bütövlüyünü bərpa etməsi ilə barışmaq istəmir. Ona görə də qəbul etdiyi qətnamələr və atdığı addımlarla Azərbaycan-Ermənistan arasındakı münasibəti yenidən gərginləşdirməyə çalışır".

Deputat vurğulayıb ki, Fransa Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyini davam edərsə bu ölkə ilə münasibətlərimizə yenidən baxmalı olacağıq:

"Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi neytral mövqe tutmalı və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməli və Qarabağın əsil sahibinə geri qaytarılmasını qəbul etməlidir. Təəssüf ki, 30 il ərzində fransız deputatlar və digər dövlət qurumlarının nümayəndələri Qarabağa qanunsuz səfərlər ediblər. Bilirsiniz ki, bir müddət əvvəl də Fransa prezidentliyinə namizəd Valeri Pekresin gizlin və qeyri-qanuni yolla Xankəndi şəhərinə səfər etmişdi. Təklif edirəm ki, vaxtıilə Qarabağa və Xankəndinə qanunsuz səfər edən Fransa dövlətinin nümayəndələrinin adı XİN-in "qara siyahı"sına salınsın".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1065   Tarix: 25 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr