Azərbaycanda xəstəlik təhlükəsi artır - XƏBƏRDARLIQ
"Qızılca xəstəliyi, əslində, çox təhlükəlidir. Çünki immun sisteminə təsir edərək zədələyir".
Sonxeber.az xəbər verir ki, bu barədə "Trend"in suallarını cavablayarkən infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
"Bunun qarşısını almaq üçün peyvənd olunmaq mütləqdir. Peyvənd çox gərəkli olduğu halda valideynlər bundan yayınırlar. Şayiələr var ki, guya peyvəndlər ziyanlıdır. Bu şayiələr çox təhlükəlidir, çünki valideynləri peyvənddən uzaqlaşdırır. Onlar düşünməlidirlər ki, peyvəndlə uşaqların gələcək sağlamlığını qoruya bilərlər.
Hətta qızılcanın ağırlaşmaları olur və ölüm halı baş verə bilər. Bu baş verməsə belə, xəstəliyə yoluxub sağalandan sonra uşağın immun sistemində problem yaranır və orqanizmi növbəti viruslara qarşı zəif olur", - deyə o bildirib.
İnfeksionist qeyd edib ki, böyüklər də qızılcaya qarşı həssas olurlar:
"İnsan uşaqlıq dövründə keçirməyibsə, yoluxma halı ola bilər və xəstəliyi ağır keçirəcək".
Qeyd edək ki, Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyətini müvəqqəti dayandırdığı bildirilir. Elm və Təhsil Nazirliyi də faktı təsdiqləyib.
Xatırladaq ki, Səhiyyə Nazirliyi 2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin, qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılmasının müşahidə olunduğunu bildirib.
Bununla əlaqədar cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən, peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeydə alınıb.
Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi"nə əsasən, uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda dörd qanun ləğv ediləcək
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Bakının bu rayonunda su olmayacaq