Zəhərlənən şagirdin anası: "Hər zaman övladıma dönəri oradan alırdım"
"Hər zaman övladıma dönəri oradan alırdım".
Sonxeber.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında ötən gün dönərdən zəhərlənən 334 saylı məktəbin şagirdi Mədinə Fərəcovanın anası Günel Hacıyeva deyib.
O, şikayətçi olduğunu qeyd edib:
"Övladım ikinci sinifdə təhsil alır. Ötən gün dərs çıxışı Binənin mərkəzinə getdik. Orada üç sırada dönər satılır. Bir manatlıq iki dönər aldım. Birini yolda, birini evdə yedi. Yeyəndən sonra uşaq yatdı. Əlavə nə isə yemədi. Sadəcə, su içmişdi. Gecə qalxdı. Rəngi ağappaq idi. Xeyli qaytardı. Təcili yardım çağırdıq. İki sistem köçürüldü. Daha sonda xəstəxanaya gəldik. Uşaq normallaşıb. Hələ ki, həkim evə buraxmır".
Valideyn ayyarım öncə də uşağın dönər yedikdən sonra halının dəyişdiyini qeyd edib:
"Ayyarım öncə həmin yerdən dönər almışdım. Yediyini qaytarmışdı. Soyuqdəyməsi olduğunu düşünmüşdüm. Ucuz olduğu üçün oradan alırdım. Hər kəs ucuza qaçır. Elə mən də. Düşünürdüm ki, fərqi nədir ki?"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1029 Tarix: 25 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabr