Nazirliklə klinika arasında anlaşılmazlıq: Əməliyyata icazə var? - VİDEO
Bir müddət əvvəl kimliyinin açıqlanmasını istəməyən məşhur şəxsin gəlininin "Laser Beauty" klinikasında estetik əməliyyat olunduqdan sonra komaya düşməsi barədə məlumatlar yayılmışdı.
Sonxeber.az xəbər verir ki, Baku TV-nin əməkdaşı iddiaları araşdırmaq üçün sözügedən klinikaya yolansa da, suallarına cavab verən olmayıb.
Daha sonra özünü klinikanın rəhbəri kimi təqdim edən şəxs zəng edərək deyilənləri təkzib edib:
"Həmin şəxs kimdir? Adını, soyadını deyin, zəng etsin, birlikdə görüşək. Bunların hamısı boş söhbətdir".
Sözügedən şəxs belə bir əməliyyatın icra olunmadığını desə də, xəstənin sonradan yerləşdirildiyi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin deputatı Rəşad Mahmudov isə faktı təsdiqləyib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, sözügedən klinikaya ambulator tibbi xidmət üçün lisenziya verilsə də, stasionar tibbi xidmətin həyata keçirilməsinə icazə yoxdur.
Klinikanın təqdim etdiyi lisenziya əlavəsinin siyahısında isə göstərilir ki, burada ümumi cərrahiyyə prosesinin həyata keçirilməsi mümkündür.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 817 Tarix: 25 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabr