Həkim: "Zəhərlənən şagirdlərdən üçünün vəziyyəti ağır idi"
"Üç xəstənin vəziyyəti ağır idi, reanimasiyaya yerləşdirilmişdi".
Sonxeber.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Sabunçu Tibb Mərkəzi 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Məftunə Osmanlı deyib.
Onun sözlərinə görə, 24 oktyabr tarixində müxtəlif saatlarda Binə qəsəbəsindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Təcili Tibbi Yardıma çağırışlar daxil olub:
"Xəstələrin hər biri müxtəlif vaxtlarda xəstəxanaya gətirilib. Vəziyyətləri çox ağır idi. Üç xəstə reanimasiyaya yerləşdirilmişdi. Hazırda hər birinin vəziyyəti stabildir. Müsbət dinamikadır. Müşahidə altındadırlar. Müalicə prosesi davam edir. Qəbul olunan 22 xəstədən birinin valideyni gecə imtina edib, evə apardı. Bir xəstə də valideyn tərəfindən xəstəxanaya gətirilib. Ambulator müalicə olunaraq evə buraxılıb. Xəstələrin vəziyyəti yaxşıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 914 Tarix: 25 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabr