"Brüsselin çirkin niyətləri qabaqcadan bəllidir və ona görə də etimadını itirmişdir" - DEPUTAT

"Brüsselin çirkin niyətləri qabaqcadan bəllidir və ona görə də etimadını itirmişdir" - DEPUTAT"Azərbaycanla Ermənistan arasında sülh danışıqların aparılması üçün Avropa İttifaqının təklif etdiyi platforma öz əhəmiyyətini itirir. Çünki, sülhün yaranmasına təşəbbüs göstərən tərəf birtərəfli mövqe tutmamalı və bir tərərfin maraqlarına xidmət edən başqa mövzuları ortaya atmamlıdır".

Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Brüssel Fransanın təsiri altındadır və orada aparılan danışıqlar milli maraqlarımıza əks ola bilər:

"Həm də Qranada görüşü ərəfəsində Şarl Mişel Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirməklə sülh müqaviləsinin müzakirə edilməsinə təşəbbüs gğöstərmək etimadını itirmişdir. Yəni, Brüsselin danışqlar aparılmasının təklif etməsinin kökündə ölkələr arası münasibətlərin normallaşdırılmasına təşəbbüs göstərməkdən daha çox Fransanın Cənubi Qafqazda gücünü artırmağına xidmət etmək məqsədi dayanır. Əgər Brüsselin təşəbbüsü səmimi olsaydı 5 oktyabrda Qranadada keçirilən görüşdə Türkiyənin iştirakından imtina erməzdiələr. Necə olur ki, Ermənistana dayaq dayanan Fransa və onun əlaltısı Almaniya görüşdə iştirak edir, amma bizimlə qardaş Türkiyənin iştirakına imkan verilmir. Ermənistan sülh müqaviləsinin imzalanmasına maraqlı olsaydı Qranada öz aralarında keçirdiyi görüşdən bir həftə sonra keçirilən Bişkek görüşünə qatılardı və orda danışıqlar prosesini davam etdirilməsinə maraqlı olduğunu nümayiş etdirərdi. Və ya da bu problem regionda öz həllini tapmalıdır. Belə ki, danışıqların aparılması üçün ən yaxşı platforma Gürcüstandır. Paşinyan 5 saat Brüsselə və ya Qranadaya uçmağa hazırdır, amma 0,5 saatlıq Tiblisiyə gəlməyə vaxtı olmur.

Bu bir daha onu göstərir ki, Paşinyan sülh müqaviləsi adı altında Fransanın gücü ilə başqa mövzuları Azərbaycana qəbul etdirmək istəyir. Amma Paşinyan anlamır ki, Azərbaycan qalibdir və sülh müqaviləsindən kənar onun hər hansı bir istəyini reallaşdırmaq cəhdi yersizdir. Sülh müqaviləsi sərhədlərin delimitasiyası və demarkasiyası ilə nəticələnməli və kommunikasiyaların açılmasına xidmət etməlidir. Ermənistan isə çalışır ki, sülh müaviləsi adı altında Qarabağdan könüllü getmiş ermənilərin geri qaytarılması üçün saziş də imzalansın. Qarabağdan çıxmış ermənilər könüllü şəkildə gediblər və onların geri qayıdışı Azərbaycan vətəndaşlığı qəbulundan sonra mümkün olacaqdır. Bunun üçün elektron portal yaradılıb və geri qayıtmaq istəyən hər bir erməni ora müraciət etmək imkanına malikdir. Həm də əslən Qarbağdan olan ermənilər geri qayıda bilərlər. Buna paralel olaraq əslən Ermənistandan olan azərbaycanlıların geri qayıtması da təmin olunmalıdır. Öz doğma yurlarına geri qayıtma məsələsini ancaq ermənilərə aid edilməsi düzgün deyil. Brüsselin çirkin niyətləri qabaqcadan bəllidir və ona görə də etimadını itirmişdir. Ermənistan Azərbaycanla sülh danışıqları müzakirə etmək istəyirsə ən yaxşı məkan Tibilisidir. Əgər sülh müqaviləsi adı altında yenidən çirkin niyyətlərini reallaşdırmaq istəyirsə, bu mümükün deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3871   Tarix: 25 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr