Milli Məclisdə İraq Nümayəndələr Şurasının üzvləri ilə görüş olub
Oktyabrın 27-də Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri İraq Respublikası Nümayəndələr Şurasının üzvləri görüşüb.
Sonxeber.az xəbər verir ki, Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov İraq Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihinin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq onları Azərbaycan parlamentində görməkdən məmnun olduqlarını bildirib. O, ölkələrimiz arasındakı tarixi əlaqələrdən söz açaraq Azərbaycanın İraqla həm dövlətlərarası, həm də parlamentlərarası münasibətlərinin yüksək səviyyədə olmasından danışıb.
İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihi onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Ərşad Salihi bölgədə gedən prosesləri yaxından izlədiklərini, Qarabağın azad olmasına sevindiklərini qeyd edərək Azərbaycanın regionda sülhün və tərəqqinin möhkəmləndirilməsi uğrunda səylərini yüksək qiymətləndirib. O, Azərbaycanla müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Anar İsgəndərov, Rəşad Mahmudov, İraq Respublikası Nümayəndələr Şurasının üzvləri Nuruldin Hüssein Qublan, Luqman Əhməd Nəcm, Qərib Əsgər Naqi çıxış edərək qarşılıqlı əlaqələrin, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi perspektivləri barədə fikirlərini bölüşüblər. Deputatlar vurğulayıblar ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda dörd qanun ləğv ediləcək
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Bakının bu rayonunda su olmayacaq