Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilibSəhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib.

Sonxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyinin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir. Eyni zamanda, nazirlik müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirir, tibbi xidmətlərin keyfiyyətinə nəzarəti təmin edir.

- "Tibbi sığorta haqqında" Qanuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və tabeliyində olan tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq etmək;

- Səhiyyə sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında iştirak etmək və fəaliyyət istiqamətlərinə uyğun olaraq, həmin sənədlərlə bağlı aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək;

- Təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydasını və ixtisaslaşdırılmış tibbi yardımın növlərini, həcmini, keyfiyyət standartlarını və göstərilməsi qaydasını təsdiq etmək;

- Səhiyyə sistemi infrastrukturunun təşkili ilə bağlı planlaşdırmanı və proqnozlaşdırmanı aidiyyəti qurumlarla birlikdə həyata keçirmək;

- Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və səhiyyənin təşkili üçün mütərəqqi forma və metodların tətbiqi məqsədilə araşdırmalar aparmaq və sınaqlar keçirmək, səhiyyə sahəsində müxtəlif maliyyələşmə modellərinin effektivliyinin təhlilini həyata keçirmək;

- Müvafiq sahədə əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlər görmək və bu tədbirlərin icrasının effektivliyinə nəzarəti təmin etmək;

5. 8.11-ci yarımbənddə "tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin" sözləri "tədbirləri hazırlamaq və həyata keçirilməsinə nəzarət" sözləri ilə əvəz edilsin.

6. 8.13-cü yarımbəndə birinci halda "tibb" sözündən əvvəl "tibb müəssisələrini tibb təhsilli kadrlarla təmin etmək məqsədilə" sözləri əlavə edilsin və həmin yarımbənddən "qurumlarını ixtisaslı kadrlarla təmin etmək" sözləri çıxarılsın.

7. 8.13-2-ci yarımbənddə "qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların" sözləri "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həkimlərin, əczaçıların və orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin)" sözləri ilə əvəz edilsin.

8. Aşağıdakı məzmunda 8.13-4-cü və 8.13-5-ci yarımbəndlər əlavə edilsin:

"8.13-4. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə tibb və ya əczaçılıq təhsili almış şəxsləri, xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydasına uyğun olaraq, ölkə ərazisində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxmaq;

8.13-5. ali və orta ixtisas tibb təhsili müəssisələrinə müvafiq ixtisaslar üzrə qəbul barədə təkliflər vermək;".

9. 8.15-ci yarımbəndə "görmək" sözündən sonra ", o cümlədən tabeliyində olan tibb müəssisələrinin dayanıqlı inkişafı üçün təhlillər aparmaq və təkliflər hazırlamaq" sözləri əlavə edilsin.

10. Aşağıdakı məzmunda 8.15-1-ci yarımbənd əlavə edilsin:

"8.15-1. səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, islahatlar aparılması, tibb müəssisələrinin maliyyələşməsi və xərclərinin idarə edilməsi məqsədilə mütərəqqi və effektiv beynəlxalq təcrübənin tətbiqi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək";

11. 8.18-ci yarımbəndə "qurumlarında" sözündən əvvəl "Nazirliyin Aparatında" sözləri əlavə edilsin.

12. Aşağıdakı məzmunda 8.27-1-ci, 8.27-2-ci və 9.1-1-ci yarımbəndlər əlavə edilsin:

"8.27-1. səhiyyə sahəsində rəqəmsallaşdırmanı aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tətbiq etmək;

8.27-2. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini aparmaq";

"9.1-1. tibbi sığorta ilə bağlı təkliflər vermək";

13. 9.5-ci yarımbənddə "dövlət məhkəmə ekspertizası fəaliyyətini" sözləri "məhkəmə-tibbi ekspertizasını" sözləri ilə əvəz edilsin.

14. 9.6-cı yarımbənddən "müvafiq sahədə təşviqat və maarifləndirmə işlərini həyata keçirmək" sözləri çıxarılsın.

15. 13-cü bəndin birinci abzasında "birinci müavini və dörd" sözləri "üç" sözü ilə əvəz edilsin.

16. Aşağıdakı məzmunda 14.1-1-ci və 14.1-2-ci yarımbəndlər əlavə edilsin:

"14.1-1. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

14.1-2. Nazirliyin Aparatının struktur bölmələrinin əsasnamələrinin, tabeliyindəki qurumların (nizamnamələrini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdikləri hüquqi şəxslər istisna olmaqla) nizamnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Nazirliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir";

17. 14.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"14.2. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Nazirliyin tabeliyindəki qurumların nizamnamələrini təsdiq olunmaq üçün təqdim edir";

18. Aşağıdakı məzmunda 14.3-2-ci, 14.3-3-cü yarımbəndlər və 17-1-ci bənd əlavə edilsin:

"14.3-2. Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

14.3-3. Elmi-Tibbi Şuranın, Farmakoloji və Farmakopeya Ekspert Şurasının və Apellyasiya Şurasının sədrlərini, Şura sədrlərinin təqdimatı (təklifi) əsasında onların digər üzvlərini, o cümlədən Apellyasiya Şurası Katibliyinin rəhbərini və tərkibini təsdiq edir";

"17-1. Nazirliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

17-1.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

17-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktları;

17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

17-1.5. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.1-2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;

17-1.6. Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları".

19. 19-cu bənd ləğv edilsin.

20. 22-ci bəndin birinci cümləsində üçüncü halda "və" sözü vergül işarəsi ilə əvəz edilsin, həmin cümləyə "Şurası" sözündən sonra "və sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı nazirliyin və ya onun tabeliyindəki qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalar istisna olmaqla) təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaq məqsədilə nazirlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası" sözləri əlavə edilsin.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9025   Tarix: 27 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?. Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyalar

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr