Füzuli Məmmədov: "Lüksemburq futbol ölkəsi olmasa da, çox ciddi rəqibdir"
"Qrupumuzda yer alan Lüksemburq futbol ölkəsi olmasa da, çox ciddi rəqibdir. Heyəti digər ölkələrin yığmalarına düşməyən futbolçulardan ibarətdir. Məsələn, Portuqaliya millisində oynaya bilməyib oraya gedənlər var".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın U-17 millisinin baş məşqçisi Füzuli Məmmədov komandanın Avropa çempionatının seçmə mərhələsində çıxışı barədə danışarkən deyib.
46 yaşlı mütəxəssis bu matçlara ciddi hazırlaşdıqlarını bildirib:
"Son toplanışda futbolçuların ciddi yanaşmalarını da görürdük. Bu, bizi sevindirirdi".
F.Məmmədov Serbiya yığmasının əsasını "Srvena Zvezda" və "Partizan" klublarının futbolçularının təşkil etdiyini söyləyib:
"Sloveniya yığmasına İtaliya və Almaniya klublarından oyunçular cəlb edilmişdi. Buna baxmayaraq, biz də bu matçlara çox ciddi hazırlaşmışdıq. İlk rəsmi görüşlərimiz idi. Oyunçularda həyəcanı hiss edirdik. İlk qarşılaşmalardakı səhvlərin hamısı həyəcana görə idi. Uşaqların oyundan-oyuna daha az səhv etdiklərini görürdük. Onlara dəstək olmağa çalışırdıq. Futbolçular maksimum əllərindən gələni etməyə çalışdılar. Təcrübəsizlik və keyfiyyət rol oynadı. Daha yaxşı oynaya bilərdik. Son qarşılaşmada daha dominant və inamlı oynamağa çalışdılar. Lüksemburq Sloveniyaya qarşı ilk oyunda 90-cı dəqiqəyə kimi öndə idi və qələbəni son anda əldən vermişdi. Həmin Lüksemburqu məğlub edə bilərdik. Rəsmi matçlarda təcrübəsizlik, bir az da stres bu nəticəyə gətirib çıxardı. Amma oyunçular üçün yaxşı təcrübə oldu. Gələcəkdə daha yaxşı oynayacaqlar".
Qeyd edək ki, Serbiya yığmasına 1:5, Sloveniyaya 0:3 hesabı ilə uduzan U-17 lüksemburqlu həmyaşıdları ilə heç-heçə edib - 1:1. Komanda yer aldığı qrupu 1 xalla sonuncu pillədə başa vurub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1355 Tarix: 28 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DÇ-2026: Portuqaliya və İapaniya 1/8 finalda
Futbol üzrə dünya çempionatı davam edir. Bu gecə 1/16 finalın daha 2 qarşılaşması baş tutub. Qaynarinfo-nun məlumatına görə, Los-Anceles stadionunda keçirilən günün ilk oyununda İspaniya Avstriya üzərində 3:0 hesablı qələbə qazanıb. Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar
3 iyulSuper Liqa klubu "Qarabağ"la transfer danışıqlarına başlayır
Türkiyənin Super Liqa təmsilçisi "Göztəpə" yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir. Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, daha əvvəl İngiltərənin "Bristol Siti" klubundan Sinkler Armstronq və Braziliyanın "Qremio" komandasından Andre Enriken
2 iyulDÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
Futbol üzrə dünya çempionatında Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib. Qaynarinfo-nun məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında "tanqoçular" 3:2 hesablı qələbəyə seviniblər. Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb
4 iyulAzərbaycan Premyer Liqası: Son 5 mövsümdə nə qədər azarkeş olub?
Azərbaycan Premyer Liqasında son 5 ilin tamaşaçı statistikası açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib. Sonuncu 2025/2026 mövsümündə keçirilən 198 oyunda ümumilikdə 285 min 778 tamaşaçı qeydə alınıb və hər qarşılaşmaya orta hesabla 1443 azarkeş düşüb
1 iyulMbappe dünya çempionatlarının tarixinə düşdü
Fransa millisinin hücumçusu Kilian Mbappe üç fərqli dünya çempionatının pley-off mərhələlərində ən azı üç qol vuran ilk futbolçu olub. bu barədə TASS agentliyinə istinadən xəbər verir. Mbappe DÇ-2026-nın 1/8 finalında Paraqvay yığması ilə matçın (1:0) 70-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməkl
5 iyulKamilo Duranın "Qarabağ"dan "Seltik"ə transferi rəsmən təsdiqləndi
"Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duran "Seltik"ə transferini rəsmiləşdirmək üçün tibbi müayinədən keçməyə hazırlaşır. Qaynarinfo-nun BBC-yə istinadən xəbərinə görə, bu barədə Şotlandiya klubunun baş məşqçisi Martin O'Nill məlumat verib. BBC yazır ki, 24 yaşlı kolumbiyal
8 iyulLukaku dünya çempionatlarında Belçika millisinin ən məhsuldar oyunçusu olub
Romelu Lukaku Belçika millisinin heyətində dünya çempionatlarında ən çox qol vuran futbolçu adına sahib çıxıb. "Report"un məlumatına görə, 33 yaşlı hücumçu buna Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun II turunun oyununda fərqlənməklə nail olub. O, mundiallardakı qollarını
27 iyunDÇ-2026: 1/4 finalın bütün cütləri müəyyənləşdi
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/8 finalın son oyunundan sonra aydınlıq gəlib. Bu mərhələdə aşağıdakı qarşılaşmala
8 iyul