İsinmək üçün müqavilə bağla! - ARAŞDIRMA

İsinmək üçün müqavilə bağla! - ARAŞDIRMA"Azəristiliktəchizat" ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına başlayıb. Belə ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. İstehlakçılar zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surətini "Azəristiliktəchizat"ın əməkdaşlarına təqdim etməklə müqavilə bağlaya bilərlər.

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Açıq qalan suallar

"Azəristiliktəchizat"ın məlumatında qeyd edilən bir məqam xüsusilə diqqət çəkir: Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq. O zaman sual yaranır - bəs abonent müqavilə bağlamaq istəmirsə? Ümumiyyətlə, abonentlə müqavilə bağlanılmasında məqsəd nədir? Bu yenilik sözügedən sahəyə hansı dividendlər verəcək?

Əsas məqam odur ki, "Azəristiliktəchizat" müqaviləni bağlamaq istəməyənlərlə bağlı hansı alternativ tədbir görüləcəyinə dair heç bir məqama toxunmayıb.

Sirr deyil ki, hazırda Bakı şəhərində istilik təchizatı ilə bağlı əksər binalarda sistem ümumidir. Yəni bir mənzildə istiliyi kəsmək üçün ən azından bütöv bir blokun istiliyi kəsilməlidir. Borcu olan, müqavilə imzalamayan abonentin fərdi qaydada istiliyini kəsmək praktiki olaraq mümkün deyil.

Sakin müqaviləni imzalamasa...

Qaranlıq qalan suallarla bağlı sorğumuzu cavablandıran "Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı bildirdi ki, öz maraqları daxilində olan müqaviləni imzalamaqdan sonadək imtina edən sakinlərlə bağlı aidiyyəti üzrə addım atılacaq: "Biz sakinlərin bu müqavilədən imtina edəcəyini gözləmirik. Amma kimsə hansısa fərdi səbəbdən imzalamaq istəməsə, onun istilik enerjisindən istifadəsi qeyri-qanuni hesab ediləcək. Bu halda binanın layihələndirilməsindən asılı olaraq fərdi qaydada həmin abonentin istilik təchizatını dayandırmaq mümkün olsa, dayandırılacaq. Yox, mümkün olmasa, ən son halda qurum həmin abonenti məhkəməyə verəcək".

Bir nəfərə görə hamı cəzalandırılacaq?
E.Basqallı qeyd edib ki, bir nəfər abonentə görə başqa abonentlərin istilik sisteminin kəsilməsi olmayacaq: "Amma yenə qeyd edirəm ki, bu hallar gözlənilən deyil. Müqavilədə sakinlərin ziyanına olacaq bir durum yoxdur ki, imzalamaq istəməsinlər. Ümumilikdə biz 180 mindən çox mənzilə istilik veririk. Müqavilə bağlanılması prosesinə artıq başlanılıb. Bu proses bir qədər zaman alacaq".

Bəs ekspert necə düşünür? Bu müqavilədə sakinlərin ziyanına və xeyrinə olacaq məqamlar hansılardır?

Məqsəd abonent sayını dəqiqləşdirməkdir

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, "Azəristiliktəchizat" ASC sovet dövründən qalan binalara xidmət göstərir, çox az sayda yenitikililərdə mərkəzləşmiş istilik sistemindən istifadə edilir: "Əksər hallarda yeni tikilən binalarda kombi sistemindən istifadə olunur. Köhnə binalarda istilik təchizatını "Azəristiliktəchizat" ASC həyata keçirir. Keçid dövründə istilik qurğuları, radiatorlar və hətta boru xətləri sökülüb atılmışdı. Sonra "Azəristiliktəchizat" ASC yenidən həmin binalara istilik təchizatını vermək üçün bu problemi aradan qaldırdı. Amma bəzi binalarda bu istilik boru sistemləri bərpa edilmədi. Buna görə də fərdi qaydada hər bir mənzil sahibi ilə ayrılıqda müqavilə bağlanılması nəzərdə tutulub.

Müqavilənin məzmunu isə Nazirlər Kabineti tərəfindən müəyyən edilib. Bu müqavilənin bağlanmasında məqsəd abonentlərin dəqiq siyahısının müəyyən edilməsidir. Artıq texniki siyahıyaalma prosesi başa çatacaq".

Müqavilədən imtina müəyyən məsuliyyət yarada bilər

R.Osmanlı qurumla abonentlər arasında bağlanacaq müqavilənin xidmət keyfiyyətinə təsiri barədə də danışıb: "Bəzən qurumlar bu kimi hallarda göstərilən xidmət səviyyəsinin, keyfiyyətinin artırılmasından çox, digər istiqamətlərə diqqət yönəldirlər. Keyfiyyəti artırmaq dedikdə sənədləşmə keyfiyyətinin deyil, göstərilən xidmətin əsas götürüləcəyinə ümid edirəm.

Müqavilə bağlamaq istəməyən abonentin məcburi qaydada cərimə olunmasından söhbət gedə bilməz. Xidmət abonentə təklif olunur, vətəndaş da bu xidməti istəsə alır, istəməsə almır. Yox, əgər vətəndaş göstərilən xidməti alır, lakin müqavilə bağlamaqdan imtina edirsə, bu halda cərimə nəzərdə tutulur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3357   Tarix: 29 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr