Baş katib işdən çıxarılan məşqçinin yerinə əmisi oğlunu gətirir?
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan cüdo yığmasının böyük məşqçisi Mehman Əzizov işdən azad edilmişdi.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, artıq onun yerinə təyinat da reallaşıb.
Hələ tam rəsmiləşməsə də, bu posta federasiyanın baş katibi Rəşad Rəsullunun əmisi oğlu, gənclərdən ibarət yığmada köməkçi məşqçi işləyən Abdulhaq Rəsullunun təyin olunduğu bildirilir. Bu təyinatın isə yaxın günlərdə açıqlanacağı deyilir.
Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasına sorğu göndərsək də, cavab ala bilmədik. Federasiyanın mətbuat xidmətindən bildirildi ki, hər şey rəsmi şəkildə açıqlanacaq.
Qeyd edək ki, Mehman Əzizov ötən gün səbəb bildirilmədən işindən azad olunub. O, cüdo yığması ilə müqavilə imzalayarkən sözləşmədə federasiya tərəfindən istənilən vaxt işdən çıxarıla biləcəyi bəndi yer alıb.

Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 979 Tarix: 31 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu 50 min avrodan çoxdur. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib
9 may"Mançester Yunayted" Mikki van de Veni heyətinə qatmaq istəyir
İngiltərənin "Mançester Yunayted" klubu Niderland millisinin üzvü Mikki van de Veni heyətinə qatmaq istəyir. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"də çıxış edən futbolçunu transfer etməkdə maraqlıdır. Klub rəhbərliy
2 mayElvin Yunuszadənin toyu oldu - Video
Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda "Karvan-Yevlax" klubunda çıxış edən Elvin Yunuszadə evlənib. "Qafqazinfo" xəbər verir ki, təcrbüəli müdafiəçinin toyu ötən gün Bakıdakı restoranlardan birində baş tutub. Qeyd edək ki, Elvin Yunuszadə karyerası ərzində "Neftçi"
4 may"Sabah" bir milyon avroluq transferi rəsmiləşdirdi
"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi üçün Almaniyanın "Holştayn Kil" klubu ilə danışıqları uğurla yekunlaşdırıb. Qaynarinfo xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb. Bildirilib ki, "Sabah" 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolç
14 mayMakqreqor UFC-yə qayıdır: Tarix və rəqib bəlli oldu
İrlandiyalı qarışıq döyüş sənəti ustası (MMA) Konor Makqreqor Mütləq Döyüş Çempionatına (UFC) qayıdacaq. -ın xəbərinə görə, bu barədə "New York Post" nəşri məlumat verib. Məlumata görə, Makqreqor ABŞ-li Maks Holloue ilə döyüş keçirəcək, irlandiyalı UFC ilə danışıqların son mərhələsindədir
16 mayJorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun baş məşqçisi Jorji Jezuş mövsümün sonunda komandanı tərk edəcək. "Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis klubla müqaviləsinin müddətini uzatmaq barədə danışıqlara başlamamaq qərarına gəlib. Təcrübəl
16 may"Sevinən tərəf olmaq istəyirik"
"Üçüncü dəfədir ki, kubokun finalına çıxırıq. Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq". xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində bildirib. O qey
8 may