"Onkoloji xəstəliyi kəskinləşib" - Gülbaharın həkimi
Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlünün səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.
Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən qarmon ifaçısı ilə bağlı "Elgizlə izlə" proqramında məlumat verilib. Musiqiçinin həkimi bildirib ki, G.Şükürlü hazırda reanimasiyadadır. Onun səhhətinin ağır olduğu, həkim nəzarətində saxlanıldığı əlavə edilib.
"Onun həm bəd, həm də xoşxassəli törəməsi var. Bir neçə ildir ki, Gülbahar xanım kimyaterapiya alır. Bir neçə gün əvvəl pisləşdiyi üçün xəstəxanaya gətirildi. Koma vəziyyətində idi, durumdan çıxarda bildik. Onkoloji xəstəliyi kəskinləşib. Hazırda huşu yerindədir, danışa, reaksiya verə bilir" deyə, həkim Zaur Ramixanov bildirib.
Qeyd edək ki, beynində şiş aşkarlanan G.Şükürlü bir neçə il əvvəl əməmliyyat olunmuşdu. Bu yaxınlarda isə onun beynində yenidən törəmə aşkarlandığı bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1051 Tarix: 02 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabr