DSX gizirinin qətli ilə bağlı daha bir nəfər həbs edilib
Bu il martın 16-da Cəsarət Vəliyevin qəsdən öldürülməsi, Camal Həsənovun isə müxtəlif xəsarətlər alması faktı üzrə Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, istintaqla Orxan Zeynalovun tanışı İlqar Abdurahmanovla bir qrup şəxs halında qeyd edilən tarixdə paytaxtın Nəsimi rayonunda yerləşən restoranların birində Cəsarət Vəliyevi bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, Camal Həsənovu isə eyni niyyətlə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev Dövlət Sərhəd Xidmətinin giziri olub. Hadisə xidmətdən kənar vaxtı saat 1 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilibmiş.
Xatırladaq ki, hadisədən sonra bir nəfərin - Orxan Zeynalovun həbs edilməsi barədə məlumat yayılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi