"Kristal Abşeron" 5 ildir şikayətlərimə baxmır - ŞİKAYƏT
Sumqayıt sakini Təranə Səmədova yaşadığı Kristal Abşeronun inşa etdiyi mənzildən şikayətçidir.
Bu barədə o anews.az-a bildirib.
Sakin iddia edir ki, mənzilin şaxtasında yaranan problemə görə, onun evinə su damır və dəfələrlə bununla bağlı şikayət edilsə də, məsələyə baxılmır.
"5 il əvvəl bura gəlmişəm, gəldiyim vaxtdan bəri mənzilin şaxtasında problem var. Yuxarı mərtəbədən evimə su gəlir və nəmlənirdi. Artıq 5-ci ildə vəziyyət daha pis olub. Dəfələrlə baş idarəyə, qaynar xəttə şikayət etmişik, lakin şikayətlərimizə baxılmır. Tələb edirik ki, bizdən yuxarıda qalan kimdirsə, onun mənzilindən baxıb problemi həll etsinlər. Onların evinə çıxıb, bunu düzəltmirlər. Mənim hamamımı deşiblər, hər birinin videosunu çəkmişəm. Biz problemi deyirik, yalandan gəlib, üzlük çəkirlər, oboy vurub gedirlər. Bu dəfə artıq icazə vermədim ki, problem kökündən həll edilsin. Baş idarəyə getmişəm orada heç kim məsələyə baxmadı. Müdriyyətin yanına buraxmadılar. Məcbur ərizə yazdım. Məni Sumqayıt baş ofisinə göndərirlər, amma ora mənim 5 ildir müraciətimə baxmır. İçəri otaqdan mənə baş mühəndis Fərman müəllimin nömrəsin verdilər. O evimə gəldi, fen ilə aşağıda yuxarı tutaraq qurutdular. Dedilər 2 gün gözləyək. 2 gündən sonra yenə eyni yer nəmləndi. Sonra dedilər ki, quruyub, lakin mən göstərdim ki, yenə eyni vəziyyətdi. Usta göndərdilər. Usta da fen ilə qurutmaq istəyəndə yuxarıdan çoxlu su töküldü. Problemim hələ də tamamilə həll edilmir", - Sumqayıt sakini şikayətində bildirib.
Məsələ ilə bağlı Kristal Abşerondan anews.az-a bildirildi ki, sakin artıq 5 ildir həmin mənzildə yaşayır və uzun müddət yaşadığı üçün mənzilə qulluğu özü etməlidir.
"Təranə xanım 5 ildir həmin mənzildə yaşayır. Bu o deməkdir ki, sakinlərimiz özləri mənzillərinə qulluq etməlidirlər. Bu şikayət bizə daxil olub. Sadəcə olaraq, biz mənzilləri inşa edib cəmiyyətə təhvil veririk. Mənzilə cəmiyyət baxır. Təranə xanım bizim mənzilin sakini olduğu üçün onun evinə əməkdaşlarımız baxış keçirməyi planlaşdırır. Məsələnin təcili olduğunu qeyd etdim. Əməkdaşlarımız sabah mənzilə baxış keçirəcəklər. Problemin şaxtadan və s. olması xanımın iddiasıdır. Baxış keçirildikdən sonra məsələ aydınlaşdırılacaq", - Həsənova əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi