Göbələk yaradan su qabları - ARAŞDIRMA

Göbələk yaradan su qabları - ARAŞDIRMAMağazalarda uşaqlar üçün satılan su qablarının keyfiyyəti ilə bağlı son günlər ciddi müzakirələr aparılır. Hətta deputatlar belə, məsələnin ciddi şəkildə araşdırılmasını tələb edirlər.

Diqqətdən kənarda qalan məsələ

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Naqif Həmzəyev bu məsələyə toxunaraq satışda uşaqlar üçün nəzərdə tutulan su qablarının keyfiyyətsiz olduğunu iddia edib. O deyib ki, müxtəlif yerlərdə şagirdlər üçün satılan su qablarını özü alıb və yoxlayıb. Deputatın fikrincə, satışda çox keyfiyyətsiz su qabları var: "Buna ümumiyyətlə nəzarət olunmur. Bir neçəsini aldım, içərisində su saxladım, üç gündən sonra qoxu yaranır və ya orada göbələklər əmələ gəlir. Biz diqqətimizi polietilen torbaya yönəltmişik, amma böyük problem olan su qablarının monitorinqi də aparılmalıdır. Ciddi nəzarət mexanizmi qurulmalıdır ki, uşaqlarımızı zəhərləməyək. Əks təqdirdə, uşaqlarımız başqa xəstəliklərə yoluxacaqlar".

Bəs ölkədə su qablarının standartlara cavab verib-vermədiyinə, sağlamlıq üçün təhlükə yaradıb-yaratmadığına dair standartlar varmı?

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Həmin məhsullar yoxlanılır, gigiyenik sertifikat verilir

Mövzu ilə əlaqədar Səhiyyə Nazirliyinin Respublika Sanitar Karantin Mərkəzindən bildirilib ki, ölkəyə idxal olunan, hazırlandığı materialdan asılı olmayaraq, uşaqların istifadəsi üçün nəzərdə tutulan su qablarının dövlət gigiyena qeydiyyatına alınması digər məhsullar kimi, müvafiq qanunvericilik aktlarına uyğun qaydada hüquqi və fiziki şəxslərin "Respublika Sanitariya-Karantin Mərkəzi"nə rəsmi müraciətləri əsasında həyata keçirilir: "Belə ki, müraciət zamanı məhsulu müşayiət edən sənədlər araşdırılır, götürülmüş nümunələr müayinə olunmaq üçün laboratoriyaya göndərilir. Müayinələrin nəticələri sanitariya norma və qaydaların tələblərinə cavab verərsə, həmin məhsul dövlət gigiyena qeydiyyatına alınır və ona gigiyenik sertifikat verilir. Bu cür məhsullar uşaqların istifadəsi üçün təhlükəsiz hesab edilir.
Digər məhsullar kimi su qablarının da satış yerlərində ətraf mühitin və kənar amillərin təsiri nəticəsində saxlanma şəraiti pozula, nəticədə məhsullar istifadə üçün yararsız vəziyyətə düşə bilər. Ona görə də, bu cür məhsulların saxlanma şəraitinə düzgün və ciddi əməl edilməlidir, eyni zamanda, yararlılıq müddətinə diqqət yetirilməlidir. Bütün qeyd olunanlarla yanaşı, bilməliyik ki, məhsulların istifadə üçün yararlı olması yalnız laborator müayinələrlə təsdiqlənir".

Uşaqlar zəhərlənə bilərlər

Mərkəzdən o da bildirilib ki, hazırlandığı materialdan (plastik, metal, şüşə, keramik və s.) asılı olmayaraq, laborator müayinələr zamanı aşkar olunan kimyəvi maddə və elementlərin miqdarı yol verilən normada olmalıdır: "Kimyəvi maddə və elementlərin miqdarı yol verilən normadan həddindən artıq olarsa, yəni sanitariya norma və qaydalarının tələblərinə cavab verməzsə və yaxud məhsul sanitariya nəzarətindən kənarda qalarsa, saxlanma şəraiti pozularsa, yararlılıq müddəti keçmişsə, həmin su qablarının istifadəsinə icazə verilməməli və aidiyyəti tədbirlər görülməlidir. Əks təqdirdə, uşaqlar üçün ciddi fəsadlar və valideynlər üçün böyük problemlər yarana bilər. Belə ki, uşaqlarda zəhərlənmə halları baş verə bilər, qaraciyər, böyrək və mədə-bağırsaq sistemində müxtəlif patologiyaların yaranmasına səbəb olar".

Əlavə edilib ki, son illər hüquqi və fiziki şəxslərin müraciətləri zamanı sanitariya norma və qaydalarının tələblərinə cavab verməyən idxal olunan su qabları aşkar edilməyib. İstehlakçılar su qabları alarkən onların keyfiyyət və təhlükəsizliyi baxımından şübhələri yaranarsa, Respublika Sanitariya - Karantin Mərkəzinə müayinələrin aparılması üçün müraciət edə bilərlər".

Nəzarət mexanizmi zəifdir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, su qablarından pis qoxu gəlməsinin səbəblərindən biri uşaqların onlardan istifadə edərkən tüpürcək yolu ilə daxil olan bakteriyalardır: "Lakin su qabları yeni alınanda da kəskin qoxu gəldiyinə dair şikayətlər alırıq. Nazirlər Kabinetinin təhlükəsizliyi təmin edilən mallarla bağlı 343 saylı qərarı olub. Təəssüf ki, bu qərar 2021-ci ildə ləğv edilib. Bu səbəbdən də, buna nəzarət yoxdur. Bu gün həmin məhsullar istehsalçının adi kağız qeydləri ilə ölkənin əmtəə bazarına satışa buraxılır. Demək olar ki, heç bir yerdə yoxlamadan keçməyən bu kimi malların başqa növləri də var. Əmtəə bazarında bu kimi malların çox olması ölkədə istehlakçı hüququnun zəifliyinin göstəricisidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 1995-ci ildə qəbul olunub və artıq köhnəlib. Bu işlərə nəzarət edən dövlət orqanları çox zəif işləyirlər. Vətəndaşlar belə malları alan zaman qoxlasınlar, kəskin qoxu gələn məhsulları almasınlar. Azad bazar iqtisadiyyatıdır, dünyanın hər yerindən hər cür mallar gətirilir. Lakin təəssüf ki, bu mallar kiçik yaşlı istehlakçıların sağlamlığına ziyan vura bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 875   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr