5800 qeyri-ixtisaslı müəllim - ARAŞDIRMA

5800 qeyri-ixtisaslı müəllim - ARAŞDIRMAElm və Təhsil Nazirliyinin bu günlərdə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu ilə bağlı elan etdiyi müsabiqə təhsilin ən başlanğıc pilləsində çalışanların fəaliyyətini bir növ müəyyənləşdirmək məqsədi daşıyır.

Amma cəmiyyətdə istər-istəməz tərbiyəçi-müəllim adı bir qədər çaşqınlıq yaradır. Hətta "məgər bütün müəllimlər tərbiyəçi deyilmi?" sualı da meydana çıxır.

"Kaspi" qəzeti tərbiyəçi-müəllimin təlim-tədris prosesində funksiyasının nədən ibarət olması, ümumiyyətlə, bu ixtisasın spesifikasının nədən ibarət olmasını aidiyyəti qurum və təhsil ekspertləri ilə araşdırıb.

Vəzifə funksiyalarını yerinə yetirmək

"Təhsilverənlərin vəzifəsi məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və attestasiyadan keçməkdir", - deyə Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsi mövzu ilə bağlı sorğumuzu cavablandırıb: "Təhsilverən təhsilalanların zəruri bilik və həyati bacarıqlara yiyələnməsini təmin etməli, məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etməli və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirməlidir". Həmçinin uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunması, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, uşaqların təlim-tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək də onların vəzifələri sırasına daxildir".

"Tərbiyəçi" sözünə "müəllim" əlavəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetin məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova "tərbiyəçi-müəllim"in vəzifəsindən danışaraq cəmiyyətdə çox vaxt "tərbiyəçi-müəllim"lə "müəllim", "tərbiyəçi" və "tərbiyəçi köməkçi" peşələrinin çaşqınlıq yaratdığını deyir: "Məktəbdə dərs deyən şəxs müəllimdir. Bağçada da müəllim funksiyasını aparan şəxsə müəllim deyilir. Sadəcə, 2017-ci ildə "Məktəbəqədər təhsil haqqında" qanuna olan dəyişikliyə əsasən, "tərbiyəçi" sözünə "müəllim" sözü də əlavə edildi və həmin şəxslər "tərbiyəçi-müəllim" adlandırıldı. Yəni bağçadakı müəllim tərbiyəçi-müəllimdir. O, bütün tədris prosesinə cavabdehdir. Uşağın gün ərzində rejiminin yerinə yetirilməsi, gəzintisi, məşğələlərin aparılması, planların yazılması, qrupun idarə olunması, oradakı bütün prosesi təşkil edən şəxsdir. Tərbiyəçi köməkçisi isə həmin tərbiyəçi-müəllimin köməkçisidir ki, uşaqların qayğısına qalmaq, onların gigiyenik tələblərini yerinə yetirmək, təmizlik işlərinə baxmaq, tədris prosesi vaxtı müəllimə dəstək olmaq onun vəzifəsidir".

X.Həmidova bildirir ki, qanunvericiliyə görə, "tərbiyəçi köməkçilər"in xüsusi bir təhsil almasına ehtiyac yoxdur. Yəni şəxsin tam orta təhsili varsa, bağçalarda tərbiyəçi köməkçisi vəzifəsində işləyə bilər: "Tərbiyəçi-müəllimlər isə mütləq ali məktəbdə və ya kollecdə məktəbəqədər təlim tədris ixtisasını bitirmiş olmalıdırlar".
Həkimlər, kimyaçılar və digər peşə sahibləri

X.Həmidovanın sözlərinə görə, tərbiyəçi-müəllim peşəsinə indiyə qədər kütləvi şəkildə qeyri-ixtisas sahibləri - həkimlər, kimyaçılar və müxtəlif peşələri bitirən insanlar qəbul olunub: "Hazırda bağçalarda 5800 nəfər tərbiyəçi müəllim var ki, qeyri-ixtisas sahibidir. Bu da normanın düzgün olmadığını göstərir. Qanun isə tələb qoyur ki, bu vəzifədə yalnız məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirən şəxslər işləyə bilərlər. Elektron formada və imtahanla qəbul bu neqativ halların qarşısını alacaq. Bu da tədricən peşəkarların formalaşması və həmin səviyyədə işləməsinə gətirib çıxaracaq. Təbii ki, bu, daha keyfiyyətli tədris prosesinin aparılması ilə nəticələnəcək".

Bağçaların kadr problemi

Təhsil eksperti Nadir İsrafilovun məsələyə yanaşması bir qədər fərqlidir. Məktəbəqədər tərbiyəni təməl hesab edən ekspertin fikrincə, bu bünövrə nə qədər yaxşı qoyulsa, məktəbdə də proses o qədər yaxşı gedər: "Sovet dönəmində məktəbəqədər tərbiyə anlayışı vardı. Biz də uşaqların tərbiyəsi ilə əyləncəli metodlarla, müxtəlif öyrətmə üsulları, oyunlarla məşğul olurduq. Sonra dünya təcrübəsinə istinad edib məktəbəqədər tərbiyəni məktəbəqədər təhsillə əvəz etdik. Biz də Yaponiyada, Sinqapurda mövcud olan erkən təhsilə cəlbolunma variantına əl atdıq. Yəni təhsili də bağçaların üzərinə yüklədik. Hazırda məktəblərdə məktəbəhazırlıq qrupları açılıb. Bir halda ki, məktəbəqədər təhsildən söhbət gedir, bu, bağçalarda olmalı idi. Amma bağçalarda yer məsələsi ilə bağlı qıtlıq yarandı. Çoxsaylı bağçaları kadrla təmin etmək mümkün deyildi. Belə qərara alındı ki, ali təhsilli ədəbiyyat, kimya, fizika, biologiya və s. müəllimlər də bağçalarda işlə təmin olunsunlar".

N.İsrafilov qeyri-ixtisas sahiblərinin bağçalarda işləməsi ilə bağlı yaranan narazılıqları da xatırlayır: "Bir ara qeyri-ixtisaslıların işdən çıxarılması, əmək haqlarının differensiallaşması məsələsi gündəmə gəldi və böyük müzakirələrə səbəb oldu. Hətta bəzi ekspertlər "Finlandiyada bu vəzifəyə magistratura pilləsini bitirənləri götürürlər", - deyə fikirlərini bildirdilər. Amma məsələnin digər tərəfi də var: bağçada çalışan müəllim ali təhsilli ədəbiyyat və ya digər humanitar fənn müəllimidirsə və 20-30 il işləyibsə, onun işdən çıxarılması nə qədər düzgün yanaşmadır? Hesab edirəm ki, bu məsələlər kadr potensialı ilə bağlıdır. İndi məktəbəqədər hazırlıq müəllimlərinin sertifikasiyasının keçirilməsi məsələsi də nəzərdə tutulub".

N.İsrafilov hesab edir ki, məktəbəqədər təhsildə kadr məsələsi tədricən qaydaya düşəcək: "Kadr potensialı artdıqca, məktəbəqədər təhsildə işləyən qeyri-ixtisaslılar təqaüdə çıxdıqca problem aradan qalxacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 712   Tarix: 06 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr