Polisdən əməliyyat - Saxlanılanlar var - VİDEO
"İnstagram"da narkokuryerliyə cəlb edildikləri üçün saxlanılan daha 3 nəfərdən 6 kiloqram heroin aşkar edilib.
Daxili İşlər Nazirliyindən Sonxeber.az-a bildirilib ki, Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Azad Əliyev, 1996-cı il təvəllüdlü Seymur Məmmədov və 1998-ci il təvəllüdlü Ümid Musayev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 6 kiloqramdan çox yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, A.Əliyev, S.Məmmədov və Ü.Musayev şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə "instagram" sosial şəbəkəsi vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq məqsədi ilə qəbul ediblər.
Faktlarla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1440 Tarix: 06 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrVasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr