Metro rəsmisindən pik vaxtdakı gecikməyə CAVAB: "Hər səhər üç stansiyada sıxlıq görəcəksiniz"
Bakı metrosunda qatar gecikib.
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu gün səhər saat 8:08-də "Bakı Metropoliteni"nin "Azadlıq Prospekti" stansiyasında sərnişin sıxlığı yaranıb.
Sıxlığa səbəb qatarın stansiyaya yeddi dəqiqəyə çatması olub. Metropoliten işçiləri gecikmənin səbəbi ilə bağlı sərnişinlərin suallarını cavablandırmayıblar.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, sentyabrın 15-də yeni qrafikə keçəndə elan olunub ki, sərnişin sıxlığını tənzimləmək üçün səhər pik saatlarda ehtiyat qatarların xəttə buraxılması imkanları çox məhdud olacaq:
"Bu səbəbdən metronun "Neftçilər" və "Memar Əcəmi" stansiyaları istiqamətlərindən qatarlar geri qaytarılır. Həmin vaxt ehtiyat qatarların xəttə verilməsi texniki cəhətdən mümkün deyil. Siz hər gün səhər saatlarında metronun "Nəsimi", "Azadlıq" və "Dərnəgül" stansiyalarında olsanız, bu sıxlığı görəcəksiniz.
Sərnişin sıxlığı səhər pik saatlarda "Memar Əcəmi", "20 Yanvar", "İnşaatçılar" istiqamətində olduğu üçün qatar "Memar Əcəmi" stansiyasında geri qaytarılır. Günün bütün gur saatlarında qatarlar ciddi nəzarətdə saxlanılır. Amma bu o demək deyil ki, "Azadlıq Prospekti" stansiyasından "Həzi Aslanov" istiqamətinə hərəkətdə olan qatarlara nəzarət edilmir. Lakin günün pik saatlarında bu cür tənzimləmələr pandemiya dövründə də tətbiq edilirdi, indi də edilir. Effekt də var".
"Metroda qatarlar öz qrafiki ilə hərəkət edir, hər hansı nasazlıq, texniki problem yoxdur", - deyə mətbuat katibi qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 779 Tarix: 07 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrVasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr