Xalq artisti: "Xaçmazın Yalama kəndində işıqlar sönüb, donuram..."
"Xaçmaz rayonunun Yalama kəndində vəziyyət həddindən artıq pisdir. Həmin ərazidə kiçik torpaq sahəsi almışdım. Özüm üçün ev tikmişəm ki, yaydan-yaya gəlib dincəlim, əsəblərim sakitləşsin. İnanın, torpaq almağıma peşman olmuşam. İşıq dirəkləri sovet dövründən qalıb, həyətlərin içindən keçir, bir az yel əsən kimi işıqlar sönür. Ötən gün gəlmişəm, işıq yenə sönüb. Səhərə qədər donmuşam. "Azərişıq" ASC-nin Xaçmaz şöbəsinə zəng etmişəm. Gələn olmayıb. Qaynar xəttə də demişəm. Heç bir nəticə yoxdur. Heç kimdən çəkinmirlər, camaat dəfələrlə şikayət edib. Şikayətlərə baxan yoxdur. Hazırda donuram".
Bu sözləri Pravda.az-a müraciətində Xalq artisti Naibə Allahverdiyeva deyib.
O, Yalamadakı vəziyyətlə bağlı şikayətinə heç bir reaksiya olmadığını bildirib:
"Səhərə kimi "Azərişıq" ASC-nin qəza xidmətinə zəng etmişəm. Telefondakı şəxs qışqırır, mənə deyir ki, vecimizə deyil, kimə istəyirsən, get şikayət et, heç gəlmirəm. Hətta xahiş də etdim, amma əməkdaş dedi ki, vaxtım yoxdur. Soruşdum ki, sənin müdiriyyətin haradadır, dedi bilmirəm. Sonra da telefonu söndürdülər. Belə olmaz.
Dirəklər köhnədir, elektrik xətləri açılıb, yanğın olsa, mənim də evim yanacaq, qonşunun da. Hansısa uşağın başına da aşa bilər. Elə qışqırmışam ki, təzyiqim qalxıb. Dirəyi dəyişmək üçün hər adama 300-400 manat "oxuyublar". Dövlət büdcədən sizə pul ayırır. Hanı o pullar? Sən niyə dirəyi təzələmək üçün pul yığmalısan? Bir manat pulunu gec verəndə, elektrik enerjisinin verilməsini kəsirsən. Sən bu işi görmək üçün maaş alırsan. Deyir ki, külək olub, elektrik enerjisinin verilməsi ona görə kəsilib. Bəs niyə dəyişmirsən ki, dirək uçur? Deməli, köhnədir, deməli, pulları yeyirsiniz, amma işıq dirəklərini təzələmirsiniz. Dirəkləri ancaq məftillər tutur, dibi yoxdur..."
N.Allahverdiyeva Yalamadakı digər problemlərə də diqqət çəkib:
"Uşaqlar məktəbə gedə bilmirlər, avtobus işləmir. İnternet də yoxdur. Deyirlər ki, 7-8 min pul ver, internet çəkək. Üçüncü Yalamadan bura az məsafədir, bu qədər məsafəyə 8 min pul istəyirlər. Bura turizmin inkişafı üçün əlverişli ərazidir. Meşələrə də baxmırlar. İki il əvvəl meşədəki ağaclara qurd düşdü, ağaclar qurudu. Xaçmaz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə müraciət etdim. Nəticə olmadı. Aidiyyəti üzrə bütün qurumları gəzdim. Hansının kabinetinə gedirsən, bahalı kreslolar, hər cür şərait... Bu camaatın dərdini də bilin də!
Qalib ölkəyik. Dövlətin, Prezidentin, Ordunun əməyini yerə vururlar. Deyirəm ki, bayramınız mübarək, Yalamada camaat üzümə baxır. Deyirlər ki, biz donuruq. Xaçmaz Rayon İcra Hakimiyyətinə də dəfələrlə müraciət edilib. İcra deyir ki, bizə də baxan yoxdur. Baxan yoxdursa, niyə icra başçılarının hamısı varlıdırlar? Hamısının bahalı maşınları, evləri, villaları var? Bunlara kömək edən yoxdursa, o boyda pulu haradan alırlar? İcra başçısının müavini gəlib problemlərlə tanış olub. Aradan 2 ay keçib, nəticə yoxdur. Heç olmasa, yollara yamaq vurun. Onu da etmirlər. Müavin deyib ki, zibil üçün konteynerlər gətirəcəklər, onun üçün də 5 manat ödənməlidir. Yalandan söz verirlər ki, camaat heç yerə şikayət etməsin. Torpaq sahəsini alan da yoxdur, sata bilmirəm. Harada var bu cür vəziyyət? Elə bir haldadır ki, insan burada yaşamaz, mümkün deyil..."
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi