"Kəpəz"in kapitanı: "Azarkeşlər narazı olmaqda tam haqlıdırlar"

"Kəpəz"in kapitanı: "Azarkeşlər narazı olmaqda tam haqlıdırlar""Ardıcıl məğlubiyyətlərdən sonra çətin vəziyyətdə idik. Buna görə də toparlanmalıydıq. Psixoloji durumumuzu qaydaya salmağa çalışırdıq. 11 tur ərzində qələbə qazanmamışdıq. Nəhayət ki, bu uğursuz seriyaya son qoyduq".

Bu sözləri Qol.az-a açıqlamasında "Kəpəz"in kapitanı Yeqor Xvalko Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Belaruslu müdafiəçi bu qələbəni sensasiya adlandırmayıb:

"Belə deməzdim. Oyun bərabər səviyyədə idi. Matç ilk qola kimi idi. Hesabı hansı komanda açsaydı, o da qalib gələcəkdi. İlk hissədə hər iki tərəfin şansları var idi. Lakin nə biz fərqlənə bildik, nə də rəqib. Nəhayət ki, sona yaxın istəyimizə çatdıq. Vurduğumuz qol nəticəni müəyyənləşdirdi".

Xvalko son turlar ardıcıl bəxtsizliklə üzləşdiklərini bildirib:

"Əslində biz hər matçda nəticə qazanmaq üçün çalışırıq. Lakin bəzən gözlənilməz hallar yaşanır. Məsələn, "Turan Tovuz"la görüşdə pis çıxış etmirdik. Rəqib birinci hissənin sonuna yaxın fərqləndi. Bu cür qollar komandaya mənfi təsir edir. Fasilədən sonra matçın gedişatını dəyişmək istəyirdik. Amma ikinci hissə başlar-başlamaz rəqib növbəti qolu vurdu. Bundan sonra oyunun ipi əldən getdi. 0:2-dən sonra nəyisə dəyişməz mümkünsüz idi. Yaxud "Qarabağ"la oyun olsun. Komandanın gücü hər kəsə məlumdur. Sadəcə 1-ci dəqiqədə qapımızda qol gördük. Bu cür rəqiblə oyunda ilk dəqiqədə qapında qol görmək çox ağırdır".

O, baş məşqçi Azər Məmmədovun "Kəpəz"dən gedişinə də toxunub:

"Hamı başa düşür ki, nəticə yoxdur. Buna görə də Azər Məmmədov komandadan getdi. Təbii ki, baş məşqçinin gedişi pis təsir edir. Biz onun etimadını doğrultmadıq. Sağollaşmaq hər zaman insanı məyus edir. Bu, xoş deyil. Lakin bu da futbolun bir hissəsidir. "Araz-Naxçıvan"la oyunu məhz onun üçün udmalıydıq".

"Bəs növbəti oyunu kimin üçün udmalısınız?" sualını Xvalko belə cavablandırıb: "İlk növbədə özümüz üçün. Sən meydana çıxırsansa, adın, ailən üçün mübarizə aparmalısan. Biz də əlimizdən gələni edəcəyik ki, bu qələbənin ardını gətirək".

26 yaşlı futbolçu qeyd edib ki, çempionatda yaranan fasilə komandası üçün faydalı olacaq:

"Bu matçdan sonra millinin oyunlarına görə çempionatda fasilə yaranacaq. Məncə, bu, "Kəpəz"in xeyrinə olacaq. Yeni baş məşqçi gələcək. Onun komandanı tanıması üçün zamana ehtiyac var. Eləcə də biz baş məşqçinin nə istədiyini bilməliyik. Odur ki, bu cür vəziyyətlərdə fasilə hər zaman faydalı olur. Məşqlərimizdə yükləmə çox olacaq. Növbəti matça qədər daha yaxşı durumda olacağıq".

"Qarabağ"a ağır məğlubiyyətdən sonra meydançanı tərk etməyən "Kəpəz"li futbolçular bir müddət tribunadakı azarkeşlərlə müzakirə apardılar. Xvalko bunun normal hal olduğunu söyləyib:

"Əsas problem azarkeşlərlə müzakirə aparmaq deyil. Bu, normal haldır. Əsas problem aldığımız ağır məğlubiyyət idi. 1:7 nadir hesabdır. Psixoloji cəhətdən bu cür məğlubiyyətdən sonra toparlanmaq çətindir. Sonuncu pillədə idik. Az qol vururuq və cəmi 1 qələbə qazanmışıq. Azarkeşlər bu cür gedişatdan narazı olmaqda tam haqlıdırlar. Biz onlara hörmət edirik".

Belaruslu arxa xətt futbolçusu ev oyunlarını Gəncədə keçirməməyin komandanın çıxışına təsir edəcəyini vurğulayıb: "Gəncədə azarkeş daha çox olurdu. Üstəlik, öz evin, doğma divarlar da bəzən kömək olur. Yenə də Bakı ilə müqayisədə Tovuzda oynamaq məsafə baxımından daha yaxşıdır".

O, süni ot örtüyü olan meydanda çıxış etməkdə problem görmür:

"Mən məsələyə fərqli yanaşıram. Sintetik meydanda qazon düz olur. Kələ-kötür olmur. Buna görə də sintetik qazonda oynamaq mənim üçün problem deyil".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 774   Tarix: 11 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın UEFA reytinqində neçəncidir?

Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab

11 sentyabr
.

"Mən və o ən yaxşı futbolçularıq" - Yamal

"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı

14 sentyabr
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr
.

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b

19 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

13 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında

"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy

11 sentyabr