"Seksi Faişeler", "GECE KLUBU", "TikTok Faişeleri" adlı kanallar yaratdı, cəzasını aldı - MƏHKƏMƏ İŞİ

"Seksi Faişeler", "GECE KLUBU", "TikTok Faişeleri" adlı kanallar yaratdı, cəzasını aldı - MƏHKƏMƏ İŞİAzərbaycanın Sabirabad rayonu, Zalqarağac kəndində yaşayan şəxs "Telegram" sosial şəbəkəsində "Seksi Faişeler", "GECE KLUBU", "TikTok Faişeleri" adlı kanallar yaradaraq pornoqrafik materiallar paylaşıb.

Oxu.Az-ın məlumatına əsasən, şəxs (məhkəmə sənədlərində adı açıqlanmır) qeyd edilən pornoqrafik xarakterli videogörüntüləri, şəkilləri gəlir əldə etmək üçün yayma və reklam məqsədilə qanunsuz hazırlayıb.

O, 2023-cü ilin fevral ayından aprel ayınadək olan müddət ərzində qeyd edilən kanallarda həmin pornoqrafik xarakterli videogörüntü və şəkilləri geniş izləyici kütləsinə nümayiş etdirib.

Habelə pornoqrafik xarakterli video materiallar və şəkillərlə müxtəlif məbləğlərlə pul müqabilində qanunsuz ticarət edərək bu yolla əldə etdiyi pul vəsaitlərini bank kartına mədaxil edib.

Baxış zamanı müəyyən olunub ki, adıçəkilən kanallarda paylaşılan hər bir pornoqrafik xarakterli videoların başlığında izləyicilərin diqqətini cəlb edən və cinsi ehtirası sağlam olmayan şəkildə oyadan müxtəlif məzmunda reklam xarakterli elanlar yazılıb.

Bundan başqa, müəyyən olunub ki, təqsirləndirilən şəxs tərəfindən idarə edilən pornoqrafik xarakterli videoların reklam edildiyi kanallarda həmin məzmunlu videolar insanlanlara müəyyən ödəniş qarşılığında, 10 manata təklif edilib. Beləliklə, təqsirləndirilən şəxs ümumilikdə törətdiyi əməllərdən 400 manat məbləğində qeyri-qanuni gəlir əldə edib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, faktiki olaraq Sabirabad şəhərində Zalqarağac kəndində ailəsi ilə birlikdə yaşayır.

"2023-cü ilin fevral ayının ortalarında kənddə tanışlarım ilə söhbət edərkən onların mənə deməsindən məlum oldu ki, "Telegram"dan istifadə etməklə pul qazanmaq olur. Mən də "Telegram"dan pulu necə qazanmağın mümkün olmasını araşdırdım. Qərara gəldim ki, "Telegram" sosial şəbəkəsində kanal alım və orada pornoqrafik xarakterli materiallar paylaşım və həmin səhifələrin reklamlarından qazanc əldə edim",-deyə o, ifadəsində göstərib.
Bununla belə, o, pornoqrafik xarakterli videoların paylaşılmasının qanunsuz olduğunu və cinayət sayıldığını bilməyib.

"Bilsəydim, bu işlə məşğul olmazdım. Törətdiyim əmələ görə peşmanam", - deyə ifadəsində göstərib.

Məhkəmə istintaqı zamanı iş materiallarında olan tələbnamədən görünüb ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb.

İş materiallarında olan Sabirabad RİH-in Çöl Beşdəli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur.

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib.

O, iki il müddətinə sosial şəbəkələrdə kanal açmaq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2000 manat məbləğində cərimə cəzasına məhkum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1294   Tarix: 12 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr