Oğlu Mirşahin haqda yazdı: "Bilirsən, ən qəribəsi nədir, Ata?"

Oğlu Mirşahin haqda yazdı: "Bilirsən, ən qəribəsi nədir, Ata?"REAL TV-nin rəhbəri Mirşahin Ağayevin oğlu Mirçingiz Ağayev öz feysbuk səhifəsində atası ilə bağlı maraqlı paylaşım edib.

Sonxeber.az həmin paylaşımı təqdim edir:

"İzn verin, bu bozarmış dünyanın rəngsiz duyğularına qarışan adamlardan, solğun fikirlərdən sıyrılıb bir-iki kəlmə də mən danışım. Ki, məsələn, nə deməkdir övladlıq və necə duyğudur məsuliyyət? Ancaq bir qədər əvvələ qayıtsaq, adım Mir Çingizdir. Bəli, məhz Mir Çingiz. Hər nə qədər şəxsiyyət vəsiqəmdə Mirçingiz yazılsa da, fərz edin, heç yazılmayıb. Jurnalist ailəsində göz açmışam. Aid olduğum hər iki nəsil kitabxanalara sahib insanlardır. Atamın anası da, anamın atası da göz nurunu kitab vərəqlərinə bəxş edib. Balkona bitişik otağımızın pəncərəsi atamın kitab kolleksiyasının yarısından ibarətdir. Digər yarısını o, özüylə aparıb. Və böyüyüb atamlaşdıqdan sonra həmin boşluğu yenidən doldurmuşam. Gördüyünüz kimi, mənim də kitabxanam var. İşim-gücüm oxumaq və yazmaqdan ibarətdir.

Dedim axı, jurnalist ailəsində doğulmuşam. 11 yaşımda önümə qoyduğum məqsəd gah müxbirlik, gah aparıcılıq, gah layihə rəhbərliyiydi. Möhtərəm oxucu soruşa bilər ki, öz hədəfin olmayıbmı? Əlbəttə olub. Məsələn, hələ jurnalistliyin mənasını qavramazdan öncə 12 vərəq dəftərlərdə qəzet düzəldər, jurnal hazırlayar, güya kitablar çap edər, hər bayram günü otağın qapısını kilidləyib "studiya" qurar, beləcə, anamla qardaşımı qonaq çağırardım. Atamı çox tapmazdıq evdə. Mütəmadi çalışar, çalışar və çalışardı. Bəzən gecəyarı qonaq otağını bürümüş göyümtül işıqdan ötrü oyanardım. Hənirtisizcə çıxardım dəhlizə və görərdim, atam məqalə hazırlayır – Hesabat üçün. Sənədli filmlər üçün. Yaxud gecəyarı zəng edərdi hansısa əməkdaşa: O adama əlli dəfə tapşırmışdım ki, kadrı dəyişsin! Hara baxır bu uşaqlar? Yığışdırın efirdən. Dərhal!

Sonra yenə səssizlik. Qapının cəftəsi dartılır. Və kilidin keçinmə səsi duyulur. Gecədir. Yatmaq vaxtıdır. Amma möhtərəm oxucu soruşmaq istəsə ki, "Bəs axı, bu söhbətin övladlıq hissinə nə dəxli var?", izah edə bilərəm: Mən övladlığı kitablarla, tənqidlərlə və təltiflərlə öyrənmişəm.

Təltiflər beşinci sinifdən bəri otağımızı bəzəyən mükafatlardı. Kitablar özümkülərdən doyub atamın qardaşıma aldığı bədii əsərləri oxumağımın obrazıdır. Tənqidlərsə məni həm övlada, həm insana, həm də jurnalistə çevirən hadisənin təzahürləridir. Məsələn, babam deyərdi, oğulsan, halal olsun! Nə gözəl şeirdi! Qürurlanar, fəxr edər, öpərdim babamın yanaqlarından. Söz yox, saqqalı dalayardı burnumu. Ancaq yenə də sevərdim boynunu qucaqlamağı. Fəqət elə ki, atamın yanına gələr və şeiri ucadan deyərdim, vəssalam, başlayardı tənqid atəşi! – Bala, bu cümlədə nə demək istəmisən? Məqsədin nədir? İnversiya nəyə lazımdır? Pehmən cümləni yerli-dibli silmək lazımdır. Uşağı tərifləməyin.

Bax, budur övladlıq məsuliyyəti: tərifsizlik arzusu və tənqid yanğısı. Məni jurnalist edən ilk meyar atamın tənqid atəşiydi. Ki, hələ də sönmək bilmir. Sözsüz, hər övlad atasını yenilməz qəhrəman sayır və bu təxəyyül məhsulu o vaxtadək böyüyür ki, körpə, atasının adi insan olduğunun fərqinə varır. Mən varmadım ancaq. Əksinə, zaman keçdi, il dolandı, üzüm yüngülvari qırışdı, hətta saçlarımdakı sarı-qırmızı tellər də ağarmağa başladı, təkcə o mübhəm adiliyin şahidi olmadım! Və bunun yerini zamanla ruhuma sirayət etmiş qeyri-adi özgüvən doldurdu. Fərq etmir, biz söhbətləşirik, dərdləşir, görüşürük, ya yox. Çevrilmə! Qonaqlarla birgəyik. Kənddə. Ətrafımızda xoş rayihə dolaşır. Kənd evlərinin hüzurunu bilməyən olmaz. Təbiətin çulğayan diriliyi fonunda əyləşib domino oynayırıq. Hardansa bir nəfər kimliyimlə maraqlanır və dərhal da təbəssümümdən tanıyır məni.

– Oxşayırmış…

Xarakter? Hə, bax, bu məqamda təbrikdən daha çox təşəkkürlərə ehtiyacım var. Çünki xarakterimin böyük qismi mənə ondan miras qalıb. Səsi, jestləri, mimika və təbəssüm edərkən burun kənarında yaranan o şırımlar kimi. Nə isə. Bura qədər yazdıqlarımın məramını anlamaq çox çətin olmamalıdır. Hər halda Kafkadan daha möhtəşəm məktublar yazmaq iqtidarına sahibəm. Təvazökarca görünməsə belə, mən, öz xislətimlə qürur duyuram. Misal, bilirəm, əlimdən hər şeyimi alsalar, içimdəki bu sonsuz güc ən dibdən qaldırıb ən yüksək nöqtələrin fatehinə çevirəcək məni. Necə ki, atamı çevirib və necə ki, onun çatdığı bütün zirvələr mənim "keçilməz"lərimi yoxa çıxarır. Önümü açır.

"On bir" adlı hekayəm gəlirmi yadına, Ata? Oxuyar-oxumaz zəng etmiş və reanimasadakı oğluna, mənə demişdin: Bala, elə bil ki, bu hekayəni ad gününə təbrik postu kimi mən yazmışam. Və dərhal da paylaşmışdın. Hətta bir gün ölkənin ən möhtəşəm televiziyasını qursam belə, söz verirəm, həmin cümlələrini heç bir oğulun öz atasından eşitmədiyi bir biçimdə qoruyub saxlayacam qulaqlarımda. Lap balaca uşaqlar kimi! Məsumca və təmənnasız… Noyabrı mənə cəmi iki adam sevdirib: Atam və qardaşım. Ki, an etibarilə atamın 60 illik yubileyidir. İşə bir bax! Hər oğulun rastlaşmağa məcbur olduğu həqiqət yerinə gör mənə hansı xəbəri çatdırırlar?

– Atan təltif olunub. Birinci Dərəcəli. Bax bu!

Birinci dərəcəli – Müqayisələr içində ən kritik məqam!

Vətənə xidmət – Övladlığın ilk şərti. Vətən oğlu olmağın məramı və nəticəsi!

Orden – Ömürlük məsuliyyətin möhürləşən meyvəsi! Necə ləzzətlidir…

Bilirsən, ən qəribəsi nədir, Ata? Az qalsın, ətrafımdakı bütün jurnalistlərdən, hətta sənə nifrət edənlərdən də yenə səni öyrənirəm və bu, möhtəşəmdir. Doğum günün qədər möhtəşəm…

Təbrik edirəm, Birinci Jurnalist! Bütün çətinliklərə, bütün tənqidlərə, bütün kölgələrə, bütün işıqlara, bütün kədər və bütün sevinclərə rəğmən, yaxşı ki, altmış yaşın zirvəsinə çevrildin. Varsan və dirisən! Nə yaxşı ki!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11797   Tarix: 12 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr