"Mediada sevilmək üçün üzünü, sözünü boyamaz..." - deputat

"Mediada sevilmək üçün üzünü, sözünü boyamaz..." - deputatMir Şahin yalnız bir media fenomeni deyil. O həm də ciddi bir ictimai-siyası fenomendir. Bir çox hallarda yaşadığımız tarixi anların adını o təyin edir. Onu heç cür kadr arxasında təsəvvür edə bilməzsən. Kadr önündə olma isə yaxşı və pis mənada hamının hədəfində olmaqdır. Elə hamı da yaxşı və pis mənada Mİr Şahinin hədəfindədir. Onun təyin etdiyi dövlət və cəmiyyət modeli var. Hər bir vətəndaş bu modelin içində ya Vətəndir. ya da Daşdır. O Vətəndən sevgi ilə danışa bilir, Daşa isə çəkinmədən Başını vura bilir. Hətta bir az da irəli gedərək Daşa Daş da ata bilir. Onun ritorikası sərtdir, onun dislokasiya məkanını hamı rahatca görə bilir. Onun istedadından qorxurlar, qorxaqların isə ən çox istifadə etdiyi üsul arxasınca söyməkdir. Onun qarşısına çıxmaq üçün ağıl və məntiq ən zəruri silahdır. Yalın mühakimə ilə onunla güləşmək olmur. O, həm söz güləşdirməyi bacarırı, həm də sözlə güləşməyi. Bu üslub bənzərsizdir və Mir Şahin obrazında həm də tükənməzdir. O, sözü sadələşdirməyi xoşlamır, çünki sözün dəyərinin mürəkkəbliyini anlayıb. Düz 35 ildir tanıyıram, ta universitet tələbəçiliyi dövründən, çəkişmişik, yaxında, uzaqda, qarşıda, birlikdə olmuşuq, ancaq problemi, prosesi anlamaqda ziddiyyətimiz olmayıb. Onun üçün daldalanmaq yox, tənbəllik yox, hədəfdən yayınmaq yox. Mediada sevilmək üçün üzünü, sözünü boyamaz, O, kimdənsə öyrəndiyini etiraf edər, kimdənsə öyrətdiyini ən barışmaz şəkildə tələb edər. O, mediada özünün təyin etdiyi zirvəyə məhz özünün çəkdiyi yolla qalxıb, ancaq nədənsə bu zirvə hamı üçün ən əlçatan yerdir. Söyən də, döyən də, sevən də onu öz yaxınında görə bilir. Elə 60 yaşına da bu cür baxılır. O nə gənc qalır, nə də qocalır. Onun sözü də belədir. Qarabağ davamızın içimizdəki yara-xorasının təmizlənməsində, qaragüruhçuluğun belinin qırılmasında birinci dərəcəli Vətənə xidməti edənlərdən biri odur! Onun üçün Vətən Mediadan da, Obyektivlikdən də da birinci dərəcəlidir.
Bizim nəsli ordenlə, yubileylə qutlamağa əşhədü-ehtiyac yoxdur. Biz Vətənin azad olduğunu görən bir nəsilik! Qutlanmışıq!

Fazil Mustafa - deputat


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 811   Tarix: 12 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı

2 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr