Azad edilmiş ərazilərdə sahibkarlara verilən kreditlərin 90 %-i dövlət zəmanəti ilə təmin olunacaq

Azad edilmiş ərazilərdə sahibkarlara verilən kreditlərin 90 %-i dövlət zəmanəti ilə təmin olunacaqAzərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi proqramı çərçivəsində onlara verilən kreditlərin 90 %-dək hissəsinin dövlət zəmanəti ilə təmin olunacaq.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, faizlərin isə 10 % bəndinin subsidiyalaşdırılması nəzərdə tutulur: "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materialların əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad edilməsi, sahibkarlıq subyektlərinin mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən azad edilməsi sahəsində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin, habelə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmət tarifləri üzrə müvafiq güzəştlərin tətbiqi ilə bağlı işlərə start verilib".

M. Cabbarovun sözlərinə görə, bu ərazilərdə yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin formalaşdırılması üçün Ağdam rayonunda 190 ha sahədə Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda 200 ha ərazidə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb: "Bugünədək Ağdam Sənaye Parkında ümumi layihə dəyəri 104 milyon ABŞ dolları olan 19 müəssisə rezident, 6 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Sənaye parkında 1 600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur: "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında ümumi layihə dəyəri 19,2 milyon ABŞ dolları olan 5 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınmışdır. Bu sənaye parkında 420-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur".

O qeyd edib ki, 2022-ci ildə və 2023-cü ilin 10 ayı ərzində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında ümumilikdə 771 min ha ərazidə elektron kadastr uçotu və yerquruluşu işləri, 594 min ha ərazidə torpaq tədqiqatı işləri, 424 min ha ərazidə geobotaniki tədqiqat işləri yekunlaşıb: "Müvafiq məlumatlar Torpaqların Elektron Kadastr Uçotu Sisteminə inteqrasiya edilib. Bu işlər həmin ərazilərdə torpaq ehtiyatlarının effektiv idarə edilməsi və istifadə olunması, kənd təsərrüfatının inkişaf potensialının səmərəli reallaşdırılması və məhsuldarlığın artırılması üçün mühüm əhəmiyyət kəsb edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 803   Tarix: 13 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr