"Fransa başda olmaqla, bəzi Avropa ölkələrində Azərbaycana qarşı "qərəz maşını" işə salınıb" - Elçin Quliyev
"Qərbin erməni lobbisinin təsiri altında olan dairələrinin ölkəmizə qarşı növbəti qərəzli kampaniyası start götürüb. Fransa başda olmaqla, bəzi Avropa ölkələrində Azərbaycana qarşı "qərəz maşını" işə salınıb. Riyakarlıq o həddə çatıb ki, hərbi cinayətlərdə ittiham olunaraq həbs edilən erməni separatçılar "siyasi məhbus" elan edilib. Fransa yenə də bu iyrənc və riyakar kampaniyada öndə gedir. Hətta ölkədə daşnaklarla birləşib biabırçı siyahı da hazırlayıblar".
Bunu Sonxeber.az-a danışan politoloq, keçmiş deputat Elçin Quliyev bildirib.
Elçin Quliyev qed edib ki, quldur rejimin keçmiş başçısı‚ terrorist Arayik Harutyunyan və digərləri Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren ərazilərində hərbi birləşmə‚ terror ocaqları‚ təxribat‚ kəşfiyyat və diversiya qrupları yaratması‚ mina terroru və bir çox ağır cinayət əməlləri törətmişlər:
"Arayik Harutyunyan və digər separatçılar və terroristlər yerli və beynəlxalq qanunlara uyğun mühakimə edilərək ən ağır şəkildə cəzalarını alacaqdır. Cənab Prezident İlham Əliyevin uğurlu‚ prinsipial‚ uzaqgörən siyasəti nəticəsində regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri düşmən üzərində son 200 ilin parlaq qələbəsini qazanaraq şanlı tarix yazdı. Artıq bütün Xocalı cəlladları‚ əsgərlərimizin‚ xalqımızın və günahsız dinc sakinlərimizin qanını axıdanlar həbs edilərək məsuliyyətə cəlb olunurlar. Xocalı hadisələrində və xüsusən 2020-ci ilin Vətən müharibəsində Gəncə‚ Bərdə və bir çox bölgələrimizdə mülki insanların yaşadığı ərazilərin bombalanması‚ Azərbaycan ərazilərinin minalanması nəticəsində çox sayda hərbçimizin‚ mülki vətəndaşlarımızın‚ ərazilərimizdə xidmət aparan polis əməkdaşlarının həlak olmasında fəal iştirak edən Arayik Harutyunyanın və digər Xocalı canilərinin həbs edilməsi müstəqillik tariximizə qızıl hərflərlə yazılacaq hadisələrdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 979 Tarix: 16 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabr"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrİkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı
2 oktyabr