Pensiyalar nə qədər artacaq? - Rəqəmlər DƏQİQLƏŞİR
2023-cü ilin ilk 9 ay üzrə orta aylıq nominal əməkhaqqı artımı da elan edildi. Bu müddətdə orta aylıq əmək haqqı 11.2 faiz artıb. Qeyd edək ki, ilk 8 ayda bu göstərici 11.3 faiz idi. Orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa pensiyalarda artım da o qədər olacaq.
Sonxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O qeyd edib ki, hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir:
"Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqında artım tempinə, pensiya kapitalı isə infilyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur".
"Bu ilin 9 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əmək haqqındakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir", - deyə V.Bayramov bildirib./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1097 Tarix: 16 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabr"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrİkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı
2 oktyabr