Bakıda yeni ünvanda söküntü - Sakinlərə kirayə pulu və mənzillər veriləcək
Bakıda daha bir ərazidə söküntü işləri aparılır.
Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Aşıq Alı küçəsindəki qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar plana düşüb.
Qəzalı binalar söküldükdən sonra yerində hündürmərtəbəli binaların inşaası nəzərdə tutulub.
Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunub. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar. İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin edilirlər.
Yeni inşa olunacaq binalardan mənzil istəməyən sakinlərə isə 1200-1500 manat arası kompensasiya təklif olunduğu deyilir.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən BAKU.WS-ə daxil olan məlumata görə, qurum tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ərəblinski, Aşıq Alı və M.Fətəliyev küçələrinin kəsişməsində layihələndirilən yaşayış və qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilib: "Hal-hazırda vətəndaşların razılığı ilə tikinti şirkəti tərəfindən sözügedən ünvanda köçürülmə prosesi davam edir.
Mənzilləri sökülən şəxslərə ödəniləcək kompensasiyanın həcmi rayon icra hakimiyyətinin iştirakı ilə vətəndaşlar və tikintini həyata keçirən şirkət arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Hazırda Komitə tərəfindən həmin ünvanda hər hansı tikintinin aparılmasına icazə verilməyib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1258 Tarix: 22 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Ramazan ayı qızıl bazarına necə təsir edir? - AÇIQLAMA
Azərbaycanda Ramazan ayının qızıl bazarına təsiri əsasən satış həcmi (tələbat) üzərindən özünü göstərir, qiymətlərin formalaşmasına isə daha çox qlobal bazarda müşahidə olunan meyillər təsir edir. Bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşə
21 fevralYanvarda metrodan istifadə edən sərnişinlərin sayı 2 %-dən çox azalıb
Bu ilin yanvarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 17 milyon 595,6 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 388,8 min nəfər və ya 2,2 % azdır
21 fevralAzərbaycanda qəbir daşına ELƏ SÖZ YAZILDI Kİ, iş məhkəməyə kimi getdi
Azərbaycanda məzar daşına yazılan sözlərə görə məhkəməyə müraciət olunub. Teleqraf-a istinadən xəbər verir ki, xüsusi ittiham qaydasında şikayəti Rusiyada vəfat edən İdil Fərzəliyevin dayısı edib. Vətəndaş ərizəsində bildirib ki, İdil Fərzəliyevin məzar daşında onun ünvanına heç bir əsasa söykənməyən
22 fevralSüni intellekt heç vaxt bu 3 peşəni əvəz edə bilməyəcək
Bill Gates süni intellektin sürətlə yayıldığı bir dövrdə hələ də dəyişməyəcək üç peşəni açıqlayıb. Onun fikrincə, proqramlaşdırma, biologiya və enerji sahəsində çalışan mütəxəssislər süni intellekt tərəfindən əvəz olunmayacaq. xəbər verir ki, Microsoft qurucusuna görə, süni intellekt bir çox sahədə işləri
20 fevralVACİB XƏBƏR! Sabah bu ərazilərdə SU OLMAYACAQ
Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fevralı
21 fevralApreldə neçə gün iş olmayacaq?
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, aprel ayında qeyri-iş günü nəzərdə tutulmayıb. Beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali aprel ayında yalnız həftəsonları istirahət edə biləcək
21 fevralMay ayında nəqliyyat PULSUZ OLACAQ - Bu şəxslərə
Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) qeydiyyatdan keçənlər üçün pulsuz nəqliyyat xidmətləri təşkil olunacaq. "Report"a istinadən xəbər verir ki, bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddəti ərzində Heydər Əliyev Beynəlxalq Aeroport
22 fevralUşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR
Əmək şəraiti və stajına görə, həmçinin uşaqlı qadınlar və azad edilən ərazilərdə işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlə bağlı yeni qaydalar tətbiq ediləcək. Trend-in əldə etdiyi məlumata görə, sözügedən şəxslərə istifadə etmədikləri əlavə məzuniyyətə görə kompensasiya veriləcək. Əmək şəraitin
22 fevral