Şəhid atası icra başçısı Əziz Əzizovdan Prezidentə şikayət etdi: "Şəhid ailəsini süründürməzlər" - VİDEO
44 günlük Vətən müharibəsi Şəhidi Ceyhun Səfərovun atası Xəzər rayon icra başçısı Əziz Əzizovdan Prezident İlham Əliyevə şikayətçidir. Şəhid atasının verdiyi məlumata görə, icra başçısı onu süründürür.
Akif Səfərov Ağacan oğlu bildirib ki, dövlət lahiyəsinə əsasən şəhid ailəsi kimi rifahın yaxşılaşdırılması məqsədi ilə Sosial Müdafiə nazirliyi tərəfindən təkər təmiri ilə bağlı avadanlıqlar ayrılıb.
Suraxanı rayonunda "Şam Bağı" adalanan ərazidə bu işi qurmaq üçün uyğun yer də var.
Amma nə fayda dəfələrlə icra hakimiyyətinə müraciət etsə də, istəyin nəzərə almayıblar.
Şəhid atasının müraciətini təqdim edirik:
"Mən Akif Səfərov Ağacan oğlu Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət etmək istəyirəm. Şəhid Ceyhun Səfərovun atasıyam. Oğlum 2020-ci ildə 44 günlük Vətən müharibəsində şəhid olub".
Bu sözüləri İnterPosta.info-ya açıqlamasında Bakının Xəzər rayonunun Binə qəsəbəsində yaşayan, şəhid atası Akif Səfərov Ağacan oğlu deyib. O qeyd edib ki, Suraxanı rayon icra başçısı Əziz Əzizov, Şəhid ailəsini oğlu Ceyhunun qanı tökülmüş bir parça torpağa görə yollarda süründürür:
"Mən cənab Ali Baş Komandan və Azərbaycan xalqına müraciət etmək istəyirəm. Bir müddətdir ki, işlə bağlı mənə yer ayırlması ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edirəm. Təəssüf ki, icra başçısı Əziz Əzizov mənim istəyim qəbul edilmir. Mənə Sosial Müdafiə nazirliyi tərəfindən təkər təmiri ilə bağlı avadanlıqlar ayrılıb. Suraxanı rayonunda "Şam Bağı" adalanan ərazidə mənim bu işi qurmağım üçün uyğun yer var. Təəssüf ki, dəfələrlə getsəmdə istəyim yerinə yetirilmir.
Şəhid ailəsini oğlum Ceyhunun qanı tökülmüş bir parça torpağa görə yollarda süründürməzlər. Bu yaramaz hərəkətləri nə insanlığa, nə müsəlmançılığa , nə də vicdanı olan məmura yaraşmaz".
Qarşı tərəfi dinləməyə hazırıq./Qlobal.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi