Nazirlikdən yeni pensiya qaydaları ilə bağlı (AÇIQLAMA)
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım kimi, "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Qaynarinfo-ya verilən məlumata görə, yeni dəyişikliklərdə aşağıdakılar nəzərdə tutulub:
- Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək;
- Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək kitabçasında əmək iştirakı günü (minimum əmək günü) qeydinin olması tələb edilməyəcək;
- 2017-ci il iyulun 1-dək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi qədər əlavə hesablanacaq;
- Pensiyaların minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilən) pensiyanın tərkibinə daxil edilməsi eyni tarixdə olarsa, hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:
- Pensiya minimum məbləğə çatdırılacaq,
- Maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək,
- Pensiya indeksləşdiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4161 Tarix: 24 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrİkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı
2 oktyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabr