Ali Məhkəmə və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün seminar keçirilib
Azərbaycan Respublikasının Ali Məhkəməsi və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə "MEDİAlab" layihəsi çərçivəsində "İfadə azadlığı: hüquqi təminatlar və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlər" mövzusunda seminar keçirilib.
Tələbələrin hüquqi maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Ali Məhkəmənin hakimləri, MEDİA-nın nümayəndələri və tələbələr iştirak ediblər.
Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Abiddin Hüseynov çıxışında fikir və söz azadlığının hüquqi cəmiyyətdəki rolundan danışaraq bildirib ki, mediadan şəxslərin qanunla qorunan mənafelərinə zidd sui-istifadə halı ifadə azadlığının təminatlarının zəifləməsinə səbəb ola bilər. Məhz bu baxımdan insan hüquqlarına dair beynəlxalq aktlarda, milli qanunlarda sözügedən azadlığın cəmiyyətdə zəruri hallarda məhdudlaşdırılması, eləcə də bu sahədə olan məhkəmə təcrübəsi diqqətə çatdırılıb.
Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Rəşad Abdulov isə tələbələrə ifadə azadlığının cinayət hüquqi aspektləri haqqında ətraflı məlumat verib, seminar iştirakçılarını böhtan və təhqir cinayət əməllərinin anlayışı, tövsifi və məhkəmə icraatı barədə məlumatlandırıb.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 566 Tarix: 24 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabr