Azərbaycan millisinin sabiq futbolçusu: "Əcnəbi baş məşqçilərin nəticələrini görməmişik"
"İndiyədək yığmada əcnəbi baş məşqçilərin heç birinin nəticəsini görməmişik. Əksəriyyətinin müəyyən vaxtlarda qələbələri olub. Amma bu, nəticə demək deyil".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Nadir Nəbiyev deyib.
43 yaşlı sabiq hücumçu yığmada yerli mütəxəssisin işləməsinin tərəfdarı olduğunu bildirib:
"Komandaya azərbaycanlı baş məşqçinin gətirilməsi daha yaxşı olar. Amma ona vaxt vermək lazımdır və planlı şəkildə iş görülməlidir".
Nəbiyev italiyalı mütəxəssis Canni De Byazinin dönəmində də nəticə qazana bilmədiyimizi söyləyib:
"Düzünü desək, millimiz Belçikaya uduzduğu (0:5) matçdan əvvəlki üç qarşılaşmada yaxşı çıxış edib, göz oxşayıb. Mən hazırkı heyətin ən yaxşılardan biri olduğunu deyə bilməyəcəyəm. Sadəcə, nisbətən cavandırlar. Bu komanda ilə indikindən daha yaxşı uğurlara imza atmaq olardı".
Hazırda "Turan Tovuz"un icraçı direktoru olan N.Nəbiyev yığmaya layiq gördüyü yerli baş məşqçilərin adlarını da açıqlayıb:
"Bu dəqiqə kimdən soruşsaq, hamı Qurban Qurbanovu deyəcək. Amma inanmıram ki, o, yenidən milliyə qayıtsın. Bəlkə də ola bilər. Samir Abasov, Rəşad Sadıqov, Ayxan Abbasov da ilk ağıla gələnlərdir. Ən azından yerli mütəxəssis gəlsə, hamımız ona dəstək olmalıyıq".
O, Azərbaycanda ilk növbədə uşaq futboluna diqqət ayrılmalı olduğunu vurğulayıb:
"Meydanlar yaxşı vəziyyətdə deyil. Bizim vaxtımızda belə şeylər olmurdu. 13-14 yaşlı uşaqların dizlərində problemlər var. Hamısı süni örtüklə bağlıdır. 14 yaşında karyerasını bitirməyə məcbur qalan da var. Əslində, bu yaşda belə olmamalıdır. Uşaq futbolundakı şəraitə, meydanlara önəm vermək lazımdır. Süni örtüklərin böyük əksəriyyəti çox pis vəziyyətdədir. Məqsəd qoyulursa, planlı olmalıdır. Hər şeyə köklü formada nəzər yetirmək lazımdır".
Qeyd edək ki, Nadir Nəbiyev 2002-2006-cı illərdə 27 dəfə Azərbaycan yığmasının formasını geyinib.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 986 Tarix: 25 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya
17 sentyabrNaxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd
16 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabrElvin uzun müddət sonra belə görüntüləndi - Video
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki
19 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabr