Azərbaycanın 28 qat dünya çempionu: "İdmandan getməyi düşünmürəm"
"İdmandan getməyi düşünmürəm".
Bunu "Report"a açıqlamasında Portuqaliyanın Albufeyra şəhərində kikboksinqin WAKO versiyası üzrə keçirilən dünya çempionatında veteranların yaş kateqoriyasında 2 qızıl medal qazanan Eduard Məmmədov deyib.
63 kq çəki dərəcəsində "layt kontakt" və "kik layt" növlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışın çox çətin keçdiyini bildirib: "Bir gündə 4, digərində 2 döyüşə çıxdım. Turnirə bir məqsədlə hazırlaşırdım. Rekordumu yeniləmək istəyirdim. 2009, 2019 və ötənilki Avropa çempionatında iki qızıl medal əldə etmişdim. Bu dəfə Vətənimin bayrağını iki dəfə qaldırmaq və himnimizi iki dəfə səsləndirmək niyyətindəydim".
E.Məmmədov Portuqaliyada tələbələrinin də qızıl medala sahib çıxdığını xatırladıb: "17 yaşında böyüklər arasında Avropa çempionu olan Amin Quliyev (60 kq, "lou kik") 18 yaşında dünya çempionluğunu qazandı. 16 yaşında qitə çempionluğunu əldə etmiş Elvin Məmmədov (54 kq, "lou kik") bu dəfə mundialda eyni uğuru təkrarladı. Bu uşaqlar 17-18 yaşlarında tarix yazıblar. O yaşda bu titula yiyələnmək çətindir. Bu uğurlarımızı xalqımıza, şəhidlərimizə həsr edirik. Qazilərimizə Allah cansağlığı versin. Yeganə məqsədimiz qızıl medal qazanaraq himni səsləndirmək idi".
45 yaşlı kikboksçu hər yarışa hazırlaşmağın çətin olduğunu söyləyib:
"Bu turnir üçün 10 kq çəki salmışam. Ustalar kateqoriyasında döyüşdüyüm üçün buradakı idmançıların yaşları 40-dan çox olur. Məğlub etdiyim idmançılar 4-5 yaş məndən cavan idilər. Hazırda özümü formada hiss edirəm. Nəticə də göz qabağındadır. Dostlarım, yaxınlarım mənə deyirlər ki, bu dəfə də qalib gəldin, bəsdir. Gələn il Avropa çempionatı var. Orada da çıxış edəcəyəm. 8 dəfə WAKO versiyası üzrə, ümumilikdə üzrə 28 dəfə dünya çempionu olmuşam. Canım nə qədər sağlamdırsa, yarışlara qatılacağam. Bir məqsədim var, o da bayrağımızı qaldırmaq və himnimizi səsləndirməkdir. İki ildən sonra dünya çempionatı olacaq. İki növdə döyüşməyi yenə bacaracağam? Çətin olar. Buna inanmıram. Amma hər şey qismətdən asılıdır. Yarışlara qatılmaqla tələbələrimə və gənclərə motivasiya verirəm. Bu yaşda belə nəticələr qazanıram. Tələbələrim də baxıb belə olmaq istədiklərini söyləyirlər. Əsas odur ki, gənclərə düzgün istiqamət veririk".
Təcrübəli idmançı Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevin bütün idmançılara diqqət göstərdiyini vurğulayıb:
"Federasiyanın prezidenti Orxan Əliyev də daim bizim yanımızda olub, dəstək göstərib. Bunların hamısı idmançıya ruh yüksəkliyi verir".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1103 Tarix: 27 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır
İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy
17 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabrNeymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13 sentyabr"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı
Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall
19 sentyabr"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında
"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy
11 sentyabr"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı
"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun
10 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabr