Rüfət Hacıyevin döydüyü şagirdin müəllimi danışdı: "Biz hələdə şokdayıq, gözləmirdik ki, təhsilin başında oturan adam elə hərəkət etsin"
İki gün öncə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Şagirdin valideyni hadisədən sonra DİN-nin 102 çağrı mərkəzinə müraciət edərək şikayət edib.
"7Times.az" Rüfət Hacıyev tərəfindən döyülən şagird Nizam Mirzəyevin sinif rəhbəri Zenfira Hüseynova ilə əlaqə saxlayaraq ondan baş verən hadisə barədə münasibət öyrənib. O, vəziyyətdən mütəəssir olduğunu bildirib.
"Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev hadisədən bir gün öncə də məktəbdə olub. Hadisə baş verən gün isə mən başqa sinifdə dərsdə idim. Döyülən şagird Nizam Mirzəyevin oxuduğu sinifdə həmin saat fizika dərsi tədris edilirdi. Rüfət Hacıyev həmin sinifə girib və dərs prosesini izləməyə başlayıb. Müəllimənin verdiyi suala cavab verən Nizam Mirzəyevin davranışları Rüfət Hacıyevi hiddətləndirib. Nizam qismən fiziki qüsurludur. Onun danışıq üslubu da bu səbəbdəndir. Rüfət Hacıyev şagirdin bu qüsurunun fərqinə varmadan sinif otağında onu döyməyə başlayıb. Daha sonra Rüfət Hacıyev həmin şagirdi direktorun otağına gətizdirib və həmin otaqda da onu yenidən döyüb. Biz hələ də şokdayıq, gözləmirdik ki, təhsilin başında oturan adam elə hərəkət etsin", – deyə hadisənin şahidi olan müəllim bildirib.
Qeyd edək ki, həmin məktəbin pedaqoji kollektivi 7Times.az-ı müsahibə vermək üçün məktəbə dəvət etmişdi. Bu gün səhər təhsil müəsissəsinə yollanan çəkiliş qrupumuz isə maraqlı mənzərə ilə qarşılaşıb. Belə ki, məktəbin inzibati binasının daxilində polis nəfərləri, ətrafında isə polis avtomobilləri növbə çəkirdi. Çəkiliş üçün müraciət edən müəllim kollektivi isə müsahibə vermək fikrindən daşındığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3719 Tarix: 27 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrPaytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
1 oktyabrBu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr