TƏBİB qızılca ilə bağlı əhaliyə çağırış edib
"Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur".
Bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.
Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. İnsanların təxminən 93%-i bir dozadan sonra, 97%-i isə ikinci dozadan sonra immun hesab olunur.
TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır:
"Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və bir çox effektiv müalicəsi olmayan xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür".
Şöbə müdiri qeyd edib ki, əgər qızılca peyvəndi olmayan hamilə qadınlar xəstəliyə yoluxarsa, bu, vaxtından əvvəl doğuşuna və ya az çəkili körpənin doğulmasına səbəb ola bilər:
"Qızılcadan qorunmanın ən effektiv və yeganə yolu peyvənd olunmaqdır. Qızılca sadəcə səpkidən ibarət bəsit infeksion xəstəlik deyil. Qızılca xəstəliyi olan uşaq və böyüklər üçün antibiotiklərin profilaktik istifadəsi tövsiyə edilmir. Qızılca xəstələrində empirik antibiotik müalicəsi yalnız ağırlaşmış xəstələrdə ikincili bakterial infeksiya şübhəsi olduqda təyin olunmalıdır.
Epidemioloji alovlanma dövründə xəstəxanaya müraciət edən bütün uşaqların immunizasiya statusu və Vitamin A təyinatı dəyərləndirilməli, qızılca əleyhinə peyvənddən geri qalan bütün uşaqlar peyvəndləməyə cəlb olunmalı, müvafiq vitamin A təyinatı verilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı