Türkiyə F-16 qırıcılarını Rumıniyaya yolladı
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd F-16 təyyarəsi NATO hava polisi missiyası çərçivəsində Rumıniya səmasında patrul xidməti həyata keçirmək üçün Borcedəki 86-cı aviasiya bazasına gəlib.
Bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin mətbuat Xidməti məlumat yayıb.
"Təxminən 80 hərbi personaldan (pilotlar və texniki heyət) və dörd F-16 təyyarəsindən ibarət heyət Rumıniya Hərbi Hava Qüvvələrinin pilotları ilə birlikdə NATO komandanlığı altında gücləndirilmiş hava polisi missiyasını yerinə yetirəcək", - məlumatda deyilir.
Bildirilir ki, bu missiya cavabdehlik və çəkindirmə qabiliyyətinin inkişafına, həmçinin Rumıniya və Türkiyə Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verir.
Qeyd edək ki, NATO hava polisi alyansın hava məkanını qorumaq üçün 1961-ci ildə yaradılıb. Rumıniya alyansa 2004-cü ildən qoşulub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 784 Tarix: 01 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrXəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA
Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin
2 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabr