İsrail və HƏMAS humanitar atəşkəsin uzadılması barədə razılığa gəliblər
İsrail və Fələstinin HƏMAS radikal hərəkatı humanitar atəşkəsi səkkizinci gün uzatmağa razılaşıblar.
Atəşkəs çərçivəsində HƏMAS-ın Qəzza zolağında saxladığı daha 10 girov azad ediləcək. Onların əksəriyyəti qadın və uşaqlardır.
İsrail girovları azad edən kimi anklavda hərbi kampaniyanı bərpa və HƏMAS məhv olunana qədər davam etdirəcək.
Qeyd edək ki, noyabrın 22-də HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzza zolağında noyabrın 24-də qüvvəyə minən dördgünlük humanitar atəşkəs haqqında razılığa gəldiyini açıqlayıb. Razılaşmalar İsrail həbsxanalarından yeniyetmələrin (həmçinin 19 yaşdan kiçik) və qadınların azad edilməsi müqabilində anklavda saxlanılan uşaqların, yeniyetmələrin (19 yaşdan aşağı) və qadınların azad edilməsini nəzərdə tuturdu./ Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 618 Tarix: 01 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrXəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA
Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin
2 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabr