Qurban Qurbanov: "Daha yaxşısını gözləyirdim"

Qurban Qurbanov: "Daha yaxşısını gözləyirdim""Daha yaxşısını gözləyirdim".

"Report"un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Norveç klubu "Molde" ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis "Aker" stadionunda baş tutan matçın ardından fikirlərini bölüşüb: "Oyunun gedişatına baxsaq, çox uğurlu nəticə oldu. Düşünürdüm ki, meydançaya tez uyğunlaşarıq, o qədər çətinliyimiz olmaz. Şükürlər olsun ki, futbolçular çətinliyə dözməyi bacardılar. Bir matçımız qaldı. Bakıdakı görüşə daha yaxşı şəraitdə hazırlaşacağıq. 1 xalın bizə faydası çox oldu. Amma arxayınlaşmaq olmaz. Son qarşılaşmada daha istəkli olmalıyıq. Bütün çətinliklərə baxmayaraq, futbolçular inamlarını itirmədilər".

O, bəzi əvəzetmələrin plana uyğun aparılmadığını söyləyib: "Əvəzetmələrə hazırlaşırdıq. Sadəcə, bəziləri gözlənilməz oldu. Rəqibə də qiymət vermək lazımdır. Çox keyfiyyətli komandadır. Sistemlərinə o qədər sadə şəkildə uyğunlaşıblar ki, nə edəcəklərini hamı bilir. İlk hissədə oyunun quruluşunda dəyişiklik olmuşdu. Sonradan meydançaya daxil olanlar özlərini pis tərəfdən göstərmədilər. Bir az balans pozuldu. Ancaq komandamızda əvəzetmədən mübarizəyə qoşulanlar istəkli və aqressiv oldular".

Baş məşqçi son dəqiqədə gələn bərabərlik topunun onlara qarşıdakı görüşdə müsbət təsir edəcəyini vurğulayıb: "Son dəqiqələrdə buraxılan və vurulan qollar komandanın böyüməsi üçün vacibdir. Son dəqiqədə vurulan qol komandaya əlavə motivasiya verir. "Bayer"lə görüşün son dəqiqələrində buraxdığımız top futbolçulara həddən artıq təsir etmişdi. Son dəqiqə qolları böyük oyunlara bənzəyir. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Son matçda daha diqqətli və fəal olmalı, soyuqqanlı oynamalıyıq. Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etməyimiz bizi sevindirir. İnşallah, futbolçularımız bununla kifayətlənməzlər".

Qurban Qurbanov qış fasiləsində heyəti gücləndirmək istədiklərini əlavə edib: "Bu gün çatışmazlıq bəlkə orta sahədə oldu. Həm Yankoviç, həm də Patrik yorulmuşdu. Düzdür, ehtiyatda Riçard Almeyda var idi. Amma Romaonun olmaması və Juninyonun da əvəzlənməsi planlarımızı pozdu. Qışda 2 oyunçu transfer etmək istərdim. Əlimizdə daha çox sağlam oyunçunun olması işimizi asanlaşdırar".

Təcrübəli çalışdırıcı müdafiəçi Bəhlul Mustafazadənin son dəqiqələri hücumda keçirməsinə də münasibət bildirib: "Bakıdakı görüşdə də iki mərkəz müdafiəçimiz riskə gedərək, hücumda oynamışdı. Bəhlul kornerdən sonra da hücumda qaldı. Hətta bildirdim ki, geri qayıtsın. Ancaq top orada qaldığı üçün Bəhlul hücumda qaldı və bundan istifadə etdi".

Qurban Qurbanov qrupun son qarşılaşmasının çətin olacağını deyib: "Bəzən son oyunlarda nəticəni əldən verdiyimiz anlar olub. "Hekken" qrupdakı bütün oyunlarında məğlub olub. İtiriləcək heç nələri yoxdur. Bura qələbə qazanmaq üçün gələcəklər. Həddən artıq istəkli olmağımız bizə mane ola bilər. Meydançada tapşırıqları düzgün icra etmək lazımdır. Rəqibin oyununa baxdıqdan sonra komandanı matça soyuqqanlı şəkildə hazırlamağa çalışacağıq".

Baş məşqçi bunu karyerasının ən gərgin oyunu hesab etmir: "Daha həyəcanlı və gərgin oyunlarım çox olub. Bu gün o qədər də həyəcan yox idi, rahat idim. Düzdür, qalib gəlsəydik, burada hər şey həll oluna bilərdi. İndi isə hər şey son tura qaldı".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 997   Tarix: 01 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DÇ-2026: Fransa darmadağınla 1/8 finalda

Futbol üzrə dünya çempionatında Fransa İsveçi məğlub edib. Qaynarinfo-nun məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar 3:0 hesablı qələbəyə seviniblər. Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Mbapp

1 iyul
.

"Qarabağ" - "Vestri" oyununa nə qədər bilet satılıb?

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Vestri" (İslandiya) matçına bilet satışı davam edir. Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq qarşılaşma üçün 16 min 350 bilet satılıb. Tofiq Bəhramov adına Respublika stadionund

7 iyul
.

Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video

Dünya çempionatında 1/8 final mərhələsinin matçları davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gün mundialın mərkəzi görüşlərindən biri keçiriləcək. Son Avropa çempionu, DÇ-nin əsas favoritlərindən İspaniya Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya millisi ilə üz-üzə gələcək. Matç saa

7 iyul
.

"Qarabağ" - Vestri" oyununun biletləri satışda

Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Vestri" (İslandiya) matçının biletləri satışa çıxarılıb. Qaynarinfo xəbər verir ki, satış prosesi saat 15:00-dan etibarən başlayıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərini

3 iyul
.

Levandovski qəfildən Ronaldoya qarşı çıxdı: İbrahimoviçin sözlərini yenidən paylaşdı

"Barselona"nın keçmiş hücumçusu Robert Levandovski ("Çikaqo Fayr" komandasına keçib) bu yaxınlarda beynəlxalq qalmaqala səbəb olan səhvə yol verib. "Barselona"nın keçmiş oyunçusu olmasına baxmayaraq, "Real"ın əfsanəsi Kriştiano Ronaldoya qarşı hücumu dəstəklədiyin

6 iyul
.

"Barselona" Jül Kundeni "Mançester Yunayted"ə təklif edib

İspaniyanın "Barselona" klubu müdafiəçisi Jül Kundeni İngiltərənin "Mançester Yunayted" komandasına təklif edib. "Report" "TEAMtalk"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı fransalı futbolçu üçün 50 milyon avrodan çox məbləğ tələb edir. Həftəli

4 iyul
.

"UFC Fight Night Baku": Rafael Fiziyev əsas döyüşdə nokautla qələbə qazandı

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində gecənin əsas döyüşü baş tutub. xəbər verir ki, yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziyev (70.76 kq) meksikalı Manuel Torreslə (70.76 kq) qarşılaşıb. O, meksikalı rəqibini ikinci raundda nokaut edərək qalib gəlib. Qeyd edək ki, dah

27 iyun
.

FIFA prezidentindən Messiyə mesaj: "Sən qeyri-mümkünü mümkün edirsən"

FIFA prezidenti Canni İnfantino Argentina yığmasının hücumçusu Lionel Messiyə xüsusi müraciət ünvanlayıb. xəbər verir ki, bu barədə İnfantino sosial şəbəkə hesabında paylaşım edib. "Sənin futbol oynamağını görmək hər zaman bu idman növünün ən böyük imtiyazlarından biri olub, əziz Lionel Messi. Sə

28 iyun
.

"Qarabağ" bu futbolçusunu 6,8 milyona satır - Danışıqlar yekunlaşır

Şotlandiyanın "Seltik" klubu "Qarabağ"ın hücumçusu Kamilo Duranın transferini yaxın günlərdə rəsmiləşdirməyə hazırlaşır. Qaynarinfo "Glasgow Times"a istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun menecerləri hazırda Şotlandiyadadır və tərəflər müqavilənin yekun şərtlərin

6 iyul