Hacıqabulda kabel oğurlayan şəxs saxlanılıb
Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxsin qohumunun evindən də oğurluq etdiyi məlum olub.
Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif küçələrdə olan rabitə dirəklərindən ümumilikdə 310 metr TPP tipli kabel oğurlayaraq dövlət müəssisəsinə 1045 manat maddi ziyan vuran rayon sakini Elşad İbrahimov saxlanılıb.
İlkin dindirilmə zamanı E.İbrahimov törətdiyi oğurluq faktını etiraf edib. Onun ətrafında aparılan istintaq hərəkətləri zamanı sonuncunun rayon ərazisində yerləşən və qohumuna məxsus olan evdən məişət əşyaları və avadanlıqları oğurladığı və zərərçəkmişə 2 000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.
E.İbrahimov tərəfindən oğurlanmış kabellər, eləcə də əşya və avadanlıqlar polis əməkdaşları tərəfindən onun yaşadığı evdən maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 465 Tarix: 04 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentin qızı və gəlininin film təqdimatından - Fotoları
Prezident İlham Əliyevin gəlini Alena Əliyeva "Mən, Lalə və Şerlok Holms 2" çoxseriyalı bədii filminin təqdimatından fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, təqdimatda Alena Əliyeva və Leyla Əliyeva iştirak ediblər. Həmin fotoları təqdim edirik:
16 aprel"DH Volley" komandası voleybol meydançası inşa edib - Şəkillər
"DH Volley" ("Demirören Holdinq") komandası gənclər arasında idmana marağın artırılması, voleybolun daha geniş auditoriyaya çatdırılması və sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sosialyönümlü layihə həyata keçirib
17 aprelGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat yoxdur
18 aprelSabah 22 dərəcə isti olacaq
Azərbaycanda aprelin 17-də 22 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur
16 aprelSabah Bakıda 24 dərəcə İSTİ OLACAQ
Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq
18 aprelXırdalanda yaşayış kompleksindəki YANĞIN söndürülüb
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 14:50. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşero
17 aprelQubada 4 aylıq körpə EVDƏ ÖLDÜ
Quba rayonunda 4 aylıq körpə ölüb. -ın məlumatına görə, hadisə rayonun Rustov kəndində baş verib. Kənd sakini Emil Adıgözəlovun 4 aylıq oğlu evdə qəfil halı pisləşib və dünyasını dəyişib. Məlumata görə, körpə anadangəlmə ürək qüsurlu olub. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır
17 aprel