Gələn ildən etibarən bu evlərin və obyektlərin qiyməti ucuzlaşa bilər - Yeni güzəşt

Gələn ildən etibarən bu evlərin və obyektlərin qiyməti ucuzlaşa bilər - Yeni güzəştVergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində bankların əmlak vergisindən azad edilməsi banklar tərəfindən hərrac vasitəsilə satışa çıxarılan mənzillərin və qeyri-yaşayış obyektlərinin ucuzlaşmasına səbəb ola bilər.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, dəyişikliyə əsasən, 2024-cü il yanvarın 1-dən etibarən banklar verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlaklara görə həmin əmlakların balanslara götürdüyü təqvim ilindən başlayaraq, iki il müddətində əmlak vergisi ödəməkdən azaddırlar.

"Bəllidir ki, banklar kredit verən zaman girov olaraq əmlakları cəlb edirlər və kredit qaytarıla bilməyəndə həmin əmlaklar bankların balansına keçir. Mövcud qanunvericiliyə görə, banklar həmin əmlaka görə əmlak vergisi ödəyirdilər və həmin əmlakların, o cümlədən, evlərin və qeyri-yaşayış obyektlərinin xərci artırdı. Xərc artdığı üçün, banklar o əmlakları hərraca çıxaran zaman daha yüksək qiymətlə satmaq məcburiyyətində qalırdılar. Çünki həmin vergini xərcə daxil edirdilər və əmlakın qiymətinin üzərinə gəlirdilər.

Ancaq yeni qaydalara əsasən, həmin əmlaklar iki il müddətinə əmlak vergisindən azad ediləcəklər və nəticədə, bu, imkan verəcək ki, bankların hərrac vasitəsilə satdığı əmlakın, evlərin və obyektlərin qiymətləri nisbətən ucuzlaşsın.

Dəyişikliklər həmin əmlakların daha da ucuz təklif edilməsinə və vətəndaşlar tərəfindən alınmasına imkan verəcək. Bu baxımdan, gözlənti ondan ibarətdir ki, gələn ildən etibarən mənzil bazarında hərrac vasitəsilə satılan mənzillərin qiymətində azalmaları müşahidə edə bilərik", - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin dekabrın 5-də keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə bir sıra güzəştlər öz əksini tapıb. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1531   Tarix: 10 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Space" telekanalı BAĞLANIR?

"Space" televiziyası fəaliyyətini davam etdirir və efir plan üzrə sabit şəkildə həyata keçirilir". xəbər verir ki, bunu APA-ya açıqlamasında "Space" televiziyasının icraçı direktoru Nəriman Əbdüləliyev deyib. O bildirib ki, hazırda kanal daxilində struktur və idarəetmə ilə bağl

17 aprel
.

Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto

Tamstore Marketlər şəbəkəsi 16-19 aprel tarixlərində yenidən "Biz susuruq, qiymətlər danışacaq" kampaniyasına start verəcək. Kampaniya zamanı Vanak və Günaydın kərə yağları 12.99 manata, Romaşka xama 25 % 320 qramlıq 3.99 manata, 5 kilolouq Tanelli makaronu 3.90 manata, Əşrəfi basmati düy

16 aprel
.

Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri açıqlandı - 3 nəfər maksimal bal topladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bu imtahanda iştirakı nəzərdə tutulan 58139 nəfərdən 393 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğ

17 aprel
.

Məişət zorakılığı və qadın cinayətlərinə görə cəzalar artırılmalıdırmı? - SORĞU

Son dövrlərdə ölkədə qadınlara qarşı törədilən cinayətlərin sayında artım müşahidə olunur və bu hal cəmiyyətdə ciddi narahatlıq doğurur. Artan hallar qadın təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirərək daha sərt tədbirlərin görülməsinin vacibliyini ortaya qoyur. Əksər ölkələrdə o cümlədən Avrop

16 aprel
.

Ordubadda qaya UÇDU, yolda hərəkət çətinləşdi: 32 ev qazsız qaldı - FOTO

Ordubad rayonu Pəzməri kəndində baş verən qaya uçqunu nəticəsində qaz xətti zədələnib. xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, nəticədə 32 ev qazsız qalıb. Hal-hazırda təmir-bərpa işləri davam etdirilir. 10:08. Naxçıvan Muxtar Respublikası (MR

16 aprel
.

Şəhid ailələri üçün tikilən bina təhlükədə (VİDEO)

Üç binanın zirzəmisinə 18 gündür fasiləsiz su dolur. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər suyu nasoslar vasitəsilə təmizləməyə çalışsalar da, suyun səviyyəsi artmaqda davam edir. Söhbət paytaxt Bakının Sabunçu rayonu, Savalan yaşayış massivində qazi və şəhid ailələri üçün inşa edilmi

16 aprel
.

Əli Əsədov Tahir Budaqovu Azər Mursaqulovla əvəzlədi

Nazirlər Kabineti "Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" 19 noyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Şuraya sədrlik edə

15 aprel
.

Hava DƏYİŞƏCƏK: Yağış, qar yağacaq və sel keçəcək

Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensi

17 aprel
.

İşdən çıxarılmasına səbəb olan şəxsi küçədə döydü

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Babək Lətifovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraat

17 aprel