"Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçiriləcək" - Cavanşir Paşazadə
"Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini həm də Zəfər seçkiləri adlandırmaq olar.".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, 2024-cü ilin fevralın 7-də Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçiriləcək:
"44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olundu. Ən önəmlisi isə regionda və ölkəmizdə yeni reallıqlar yarandı. Bu baxımdan düşünürəm ki, növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
Cənab prezident İlham Əliyev ilk dəfə ölkə başçısı seçilən zaman xalqımıza bütün Azərbaycan torpaqlarında üçrəngli barağımızın dalğalanacağı sözünü vermişdi. Belə də oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözü tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda üçrəngli bayrağımız dalğalanır".
Deputat vurğulayıb ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir:
"Növbədənkənar keçiriləcək seçkilərdə vətəndaşlarımız siyasi iradələrini ifadə edəcəklər. Bu gün xalqımız cənab prezident İlham Əliyevə inanır və onun ətrafında yumruq kimi sıx birləşib. Bu gün hər bir vətəndaşımız əmindir ki, Ali Baş Komandan İlham Əliyevlə ölkəmiz bir çox uğurlara və zəfərlərə imza atacaq.
Bilirsiniz ki, 44 günlük Vətən Müharibəsi zamanı və ondan sonrakı dövrdə dövlətimizə qarşı təzyiqlər, aparılan qarayaxma kampaniyalar artdı. Bütün bu təziqlərin qarşısında möhkəm dayanmaq üçün siyasi sistemin gücləndirilməsi mütləqdir. Buna da ancaq biz cənab prezident İlham Əliyevlə nail ola bilərik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1092 Tarix: 11 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabr