"30 ildən sonra soydaşlarımız öz doğma yurdlarında səs verəcəklər" - DEPUTAT
"2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müstəqillik dönəmində keçirilən digər seçkilərdən fərqləndirən əsas xüsusiyyət ölkə ərazisini tam şəkildə əhatə etməsidir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam bərpa edildi:
"44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri tək ərazi bütövlüyümüzü bərpa etmədi, həm də regionda sabitliyin və əminamanlığın yaranmasına şərait yaratdı. Təbii ki, regionda yaranan yeni reallıqlarla barışmayan qüvvələr var. Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bunun üçün də güclü liderə sahib olmaq mütləqdir. Bu baxımdan düşünürəm ki, cənab prezident İlham Əliyev kimi güclü liderin idarə etdiyi ölkənin vətəndaşı olduğumuz üçün çox şanslıyıq. Bu gün əldə etdiyimiz bütün uğurların və zəfərlərin banisi cənab prezident İlham Əliyevdir".
Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə ölkə başçısı seçilən zaman gec-tez üçrəngli bayrağımızın bütün torpaqlarımızda dalğalanacağı sözünü vermişdi:
"Bu gün Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə və digər rayonlarda üçrəngli bayrağımız dalğalanır. Biz əldə etdiyimiz bütün zəfərləri cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu və uzaqgörən siyasətinə borcluyuq. Artıq bu gün Azərbaycan regionda söz sahibi olan güclü dövlətdir.
Bilirsiniz ki, cənab prezident İlham Əliyevin sərəncamı ilə gələn il fevralın 7-də ölkəmizdə növbədənkənar Prezident seçkiləri keçiriləcək. 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri bizim üçün əhəmiyyətlidir. Çünki 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbdənkənar prezident seçkiləri bütün ölkə ərazisini əhatə edəcək. Ən önəmlisi isə 30 ildən sonra soydaşlarımız öz doğma yurdlarında səs verəcəklər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1158 Tarix: 11 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabr